Yuxarı

Siz cəmiyyətdən nə və niyə istəyirsiniz?!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər düşünürdüm ki, ətrafımızdakı həssas insanlara qarşı xüsusi diqqət göstərmək lazımdır. Doğrudan da elə həssas insanlar var ki, onları nəinki hansısa faciə, hətta adicə bir söz belə intihara sürükləyə bilər.

Hələ söhbət ədəbiyyat adamlarının həssaslığından gedirsə, intihar etmək ehtimalı ən mənasız səbəblərə görə də yarana bilir.

Müəyyən zaman sonra müşahidə etdim ki, bu həssaslığın özündə elə bir eqoistlik gizlənib ki, insanları ən depressiv məqamlarında belə, hər kəsə üsyan etməyə sövq edir. Və bu eqoist davranışları gördükdə düşünürsən ki, kaş, bu üsyanın səbəbi doğrudan da depressiyadan çıxmaq ola.

Amma səbəb qurtulmaq olmur, əksinə, bütün bu üsyanların tək səbəbi ətrafdakı insanların diqqətini üzərinə cəmləməkdir. Əzab çəkən insanın bütün hayqırışları sanki bir növ bütün insanlara üzünü tutub “Ay millət, işinizi-gücünüzü atın kənara, mənimlə maraqlanın” deməkdir.

Bəs görəsən bir insanı, bir ədəbiyyat insanını bu qədər eqoist olmağa vadar edən səbəb nədir?

Əslində ortada elə də fövqəlbəşər bir səbəb yoxdur. Xüsusən söhbət bizim ədəbiyyat adamlarından gedirsə, umumiyyətlə, bəşəri nəsə olacağı gözlənilən deyil. Çünki bizim hazırki ədəbi mühit dediyimiz camiənin böyük əksəriyyəti iki kəlimə sözü ard-arda düzən kimi, qəfil çevirilib olur cəmiyyətin qaymaq təbəqəsi. Elə zənn edir ki, sanki bütün millət artıq nəsə borcludur və işini atıb, bunlarla maraqlanmalıdırlar.

Adama deyərlər, ay qardaş, yazmısan, lap yaxşı eləmisən. Amma səni buna nə mən məcbur etmişəm, nə cəmiyyətin belə bir istəyi olub səndən, nə də dövlət qurumları ayağına qapanıb əsər dilənib.

Hərdən lap məəttəl qalıram, az qala dünənki tumançaq uşaq belə, bir az oxucu qazanan kimi başlayır üsyan etməyə; bəs yaşaya bilmirik, dolanışıq yoxdu, sənətə, sənətkara qiymət verilmir.

Bu yazmaq nə böyük işdir axı, insana hamıdan üstün olduğu hissini aşılayır?

Yəni doğrudan da kimisə düşünmək məsələsi varsa, o zaman ilk növbədə ziyalının boynunun borcudur milləti düşünmək.

Ümumiyyətlə çox acınacaqlı haldır; bizim ədəbiyyat adamlarıın əlindən bir iş gəlmir, elə hamısı deyinir ki, ancaq yazmağı bacarırıq. Əslində isə elə deyil, onlar sadəcə qorxurlar, tənbəllik edirlər. Yeri gəlsə daş da daşıya bilərlər, zibil də yığa bilərlər, yer də süpürə bilərlər.

Dünyada ən çətin işlərdə çalışan dahilər az olmayıb və bu, faciə də deyil. Amma bizim yazarlar özlərinə sığışdırmırlar, elə daşdaşıyana da, zibilyığana da, süpürgəçiyə də yuxarıdan aşağı baxırlar deyə, özlərini inandırıblar ki, biz xalqın ən qiymətliləriyik, gərək heç nədən yağ-bal içində yaşayaq.

Necə olur, ölkənin ən savadsız adamları belə özlərinə gün ağlaya bilir, iş-güc sahibi olur, şəxsi biznes qurur, amma sizlər, bəlkə də dəfələrlə savadsızlıqlarına görə qınadığınız adamlar qədər ola bilmirsiniz?!

Ədəbiyyat bir peşə deyil, çörək qazanmaqçün bir vasitə deyil, bu, insanın ruhundan gələn, bir növ, ehtiyacödəmə, hüzura qovuşma seansıdır. Sən ədəbiyyat yaradırsan, lap yaxşı, amma çörəyini qazanmaq haqda da bir şeylər düşünməlisən.

Hər şeyi atırsınız kənara, qapanırsınız öz aləminizə, xəyallar dünyasından çıxa bilmirsiniz, ürəyinizdəkiləri kağızlara boşaldıb qayıdırsınız real həyata, onda da görürsünüz ki, əldə-ovucda heç nə yoxdur. Nə də yazdıqlarınız kiminsə vecinədir.

Bu zaman da dünyanın reallığı uçur başınıza, sarsıntıların, depressiyaların altında qalıb əzilirsiniz. Bununsa günahını başqalarında axtarmaq doğru deyil. Günah elə özünüzdədir ki, real dünyayla xəyallarda yaratdığınız dünya arasında qalmısınız. İrəli getmək istəyirsiniz, amma görürsünüz ki, xəyallara toxunmaq olmur. Sonra geri qayıdırsınız, görürsünüz ki, böyük bir boşluq gözləyir sizi. Çunki zamanında o real dünyanızı dolduracaq heç bir addım atmamısınız. Bu gün içinə düşdüyünüz bütün boşluqlar öz əl işinizdir.

Necə deyərlər, hər insan öz faciəsinin memarıdır...

Tarix
2018.07.09 / 15:05
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla