Yuxarı

“Azərenerji” niyə etikalı təkzib vermədi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ təzəlikcə Milli Mətbuatın 143 illiyini qeyd etmişik, təbrikləşib, bayramlaşmışıq. Bu bayram əhvalı hələ canımızdan çıxmamış...

Məlum olduğu kimi, Mingəçevirdə baş verən yanğından sonra bütün ölkə ərazisinin enerji təchizatında ciddi fasilə yarandı: işıqsız qaldıq, qaranlıq hamımızı bir şəkildə qucaqladı. Baxmayaraq ki, “qucaqlaşmaq” müsbət çalarlı ifadədir, amma adamı qaranlıq qucaqlayanda heç də yaxşı olmur.

Təbii ki, bu rüsvayçı qaranlığa görə məsuliyyət daşıyanlar ölkə başçısı tərəfindən çox sərt şəkildə tənqid olundu, danlandı və hazırda araşdırma gedir.

Bu qaranlıqda təriflənəsi, təqdir olunası qurumlardan biri də media oldu: panika yaratmamaq üçün maksimum diqqətlə işləyən mediamız özü işıqsız qalsa da, xəbər qaranlığına imkan vermədi, sosial şəbəkələrin önünə düşdü, gecə ilə rəsmi məlumatlar tirajladı.

Hələ metronun qapısında durub, tunellərdən təxliyə edilən insanlarımıza su paylayan həmkarlarımızı demirik...

Əlbəttə, media “sağ olun”a işləmir: dəfələrlə mediaya sığınıb, yardım istəyən fərdlərin də işi düzələn kimi “demədiyi sözləri yaydığına görə” medianı ittiham etməsi və yazıları sildirməsi üçün ağzına gələni danışmasının az şahidi olmamışıq. Amma biz yenə də hər kəsin - əsasən də doğru-dürüst xəbərin yanındayıq, ədalətsizliyə qarşıyıq. Doğrudur, səhvlərimiz də yox deyil – iş olan yerdə səhv olar!

Amma bu dəfə “səhvsiz” və heç bir səbəb olmadan, həm də ölkəni iki gün işıqsız qoyduğu halda “çox da zad eləmədiyimiz”, qazancı ilə tərs-mütənasib olan villalarının şəklini yaymadığımız, bu məsələdə də rəsmi mövqeyi gözlədiyimiz qurumdan suçlama aldıq. Nə imiş?

“Azərişıq” bu gündən başlayaraq, iki gün ərzində Masazırda işığın verilməsində fasilə olacağını demiş, media da tirajlamış, “Azərenerji” – ölkəni 2 gün zəlil edən qurum isə işığın kəsilməyəcəyini bildirmiş, bu məlumatı yayan medianı peşə etikasını pozmaqda suçlamış!.

Ölkənin eyni sahəyə xidmət edən iki qurumu əl-ələ verib ortaq iş görmək əvəzinə, birbaşa ölkə başçısı tərəfindən tənqid olunduqdan sonra daha koordinasiyalı, keyfiyyətli iş ortalığa qoymaq əvəzinə, mətbuata göndərdikləri xəbərin təkzibini belə etika çərçivəsində vermirlər.

Adam-adam, axı, “Azərenerji ASC məlumatı dəqiqləşdirərək bildirir ki, təmir olsa da, elektrik enerjisi kəsilməyəcək” tipində əxlaqlı, abırlı, peşəkar bir təkzib də vermək olardı. Amma...

Hələ siz suçlusunuz bu qədər utanmadan medianı ittiham edirsiniz: ya, sizlər azacıq haqlı olsanız, halımız necə olar? Medianı ayaqlayarsınızmı?

Bu qafa sahiblərinin işləri necədirsə, açıqlamaları da elədir...

Tarix
2018.07.25 / 14:40
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla