Yuxarı

Mən niyə rüşvət almadım

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Vali

(Almaniya)

Universitetdə dərs deyən vaxtlarimda tələbələrim məndən soruşurdular ki, müəllim, niyə rüşvət almırsınız. Əvvəl cavab verirdim ki, atam almayıb və məni də öyrətməyib. İnanmırdılar.

Sonra deyirdim ki, məktəbdə anam müəllimə işləyən vaxt rüşvət verməyə imkanım olmayib; texnikumda dayim müəllim işlədiyinə görə rüşvət verməyə imkanım olmadı. Universitetdə müəllimlərim almadi deyə, mən də rüşvət verə bilmədim; özüm universitetə müəllim işinə düzələndə də rüşvət vermədim.

Tələbələrim yenə inanmadılar.

Sonra dedim ki, kafedradakı müəllim rəssam yoldaşlarım da almır. Yenə də inanmadılar. Daha sonra başqa arqument gətirdim ki, sizdən aldığım rüşvətdən qorxuram.

Soruşdular, nəyə görə? Cavab verdim ki, mən sizlərdən aldığım rüşvətlə neçə illər yığıb, yeni tikilən evlərdən birində ev alacam. Zəlzələ olanda ev çökəcək üstümüzə. Komissiya yaradib biləcəklər ki, bu evi tikən memar rüşvət verib təhsil alib, rüşvət verib işə düzəlib, rüşvət verib binanın proyektini kimlərəsə təsdiq etdirib və rüşvət verib bu binani tikib. Bu binanın çökməsinin və ölənlərin səbəbkarı da o memardan rüşvət alanlar olub. Biri də ailəsi ilə birlikdə çöküntülər altında, o dünyada günahlarının cəzasını çəkir indi.

Yenə də inanmadılar.

Onda dedim ki, 122 tələbə hər semestrdə 50 manatdan mənə rüşvət versəniz, çox az olur dolanışıq üçün. Birdəfəlik yığışıb, 5-10 milyon verin, şələ-küləmi yığım, çıxıb gedim bu universitetdən.

Onda inandılar.

Amma bir qəpik də vermədilər. Sakitcə özüm çıxıb getdim xariciə, Murad Köhnəqala demiş, küçə süpürmək həsrəti ilə...

Tarix
2013.11.30 / 16:00
Müəllif
Azər Vali
Şərhlər
Digər xəbərlər

Dincəlmək istəyir o da azacıq - Günün fotosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla