Yuxarı

Siz də istehza edin, İran rejimi də... – Sizi demirlər...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdən sonra 50 milyonluq Azərbaycan insanı bir nöqtədə - “Səni deyirlər” mahnısı altında birləşdi. Bu birləşmənin sənət, xüsusən aşıq musiqisi səviyyəsində olması məsələyə həm mənəvi, həm də tarixi əhəmiyyət qatdı.

Fakt budur: insanlar bir mahnının sədaları altında rəqs edib sevindilər, xoşbəxt oldular. Üstəlik, bu kampaniyada güneydəkilər bizim dərk edə bilməyəcəyimiz hisslər keçirdilər.

Lakin bu xoşbəxtliyi, sevinci onlara çox görən zehniyyətlər də ortaya çıxdı. Təbii, heç kimə deyə bilmərik ki, bunu mütləq bəyənməlisən. Lakin öz millətinin bu kiçik sevincinə balta-bıçaqla getmək düşmənçilik psixologiyasıdır.

İnsanlar rəqs edib, birlik-bərabərlik içində xoşbəxt olublar. Ümumiyyətlə, insanların xoşbəxt olmasından gözəl nə ola bilər?

Digər bir fakt: Azərbaycan xalqı qırğınlara məruz qaldıqdan sonra iki hissəyə bölünüb – Güney-Quzey. Güneydə milyonlarla insanımız orta əsr təfəkkürü ilə idarə olunur, alçaldılır, haqları tapdanır, onlarla gəncimiz edam edilir. Heç olmasa, bu faciəyə görə onların sevincinə şərik olmaq, onların yanında olduğumuzu göstərmək lazım idi. Və böyük əksəriyyət bunu da etdi: kampaniyaya Şimali Azərbaycanın ziyalıları, məşhurları, eləcə də sadə vətəndaşlar qoşuldu.

“Səni deyirlər” kampaniyası adi rəqs etmək istəyi deyil, İranda sadə hüquqlardan məhrum edilmiş 35 milyon azərbaycanlının etiraz səsidir. Özü də qələbə ruhlu, bir az da məzəli etiraz. Amma təəssüf ki, kampaniyaya istehza edənlər də tapıldı. Təsəvvür edin, siz də istehza edirsiniz, İran rejimi də. Daha sizin İran rejimindən nə fərqiniz oldu?

Afrikanın hansısa bir ölkəsində bir xalq çarəsiz, çətin duruma düşəndə ağlaşma quran şəxslər, ağır İran rejiminin qılıncı altında yaşayan soydaşlarına qarşı həssaslıq göstərmirlər. Belədə onların Afrikaya göstərdiyi həssaslığın saxtakarlıq olması haqda fikir formalaşır.

Ümumiyyətlə, toplumun xoş və zərərsiz bir şeyin ətrafında birləşib xoşbəxt olmasını istəməyənlər yarımçıqdırlar. Onlar birləşmək anlayışından, bütövlükdən qorxurlar. Özləri də hiss etmədən natamamlıq kompleksindən əziyyət çəkirlər.

Onsuz da iki yerə bölünmüş Azərbaycanı üçüncü bir yerə bölməyə lüzum yox idi.

Biz daim tolerantlıqdan, dünyəvi sülhdən, xalqların dostluğundan danışırıq. Amma iki doğma toplum bir araya gəlincə, bunu pisləyənlər tapılır.

Sual budur: bir xalqın insanlarının mehriban, sevgi çərçivəsində bir-birinə yaxınlaşmasına ironiya edənlər hansı dünyəvi sevgidən, sülhün hökm sürdüyü planetdən danışa bilər?

Burada mahnının bayağı, yüngül-filan olması arxa plana düşür. Çünki insan xoşbəxtliyi, insan əzmi, mübarizəsi istənilən sənət anlayışında üstündür.

İnsan – səni deyirlər...

Tarix
2018.09.08 / 08:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla