Yuxarı

Şahda "yeni qan" kəşf edən professora...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor Nizaməddin Şəmsizadə müsahibəsində deyib ki, Şah İsmayılın qanında xristian qanı axırdı. Əsas gətirir ki, Şahın nənəsi Dəspinə xatun yunan idi. Nənəsi e... Biz görmüşük ki, qan məsələsində həmişə ata əsas götürülsün. Yəni şahın damarında ata şəcərəsinin qanı axırdı.

Digər tərəfdən, “xristian” deyə bir qan qrupu yoxdur. Bundan başqa, şahın yunan nənəsi Dəspinə xatunun anasının tatar olması ilə bağlı ehtimallar var. Yəni Şah İsmayıl tatar bir ulu nənənin nəticəsi də ola bilər. Deyirəm, elə başlamışkən, bəlkə Şahın nəsil şəcərəsini axtaraq və Adəmə qədər gedib çıxaq?

Ümumiyyətlə, bu “damarında xristian qanı axırdı” söhbəti “Azərbaycanı bölgələrə bölmək” şablonu kimi mənasız və bayağıdır.

Əsrlərdir farslar Nizaminin öz dövrünün diktəsi ilə farsca yazmasından yapışıb, onu özününküləşdirirlər. Biz isə hələ də Dəspinə xatunun atasının qanının "qalıqlarını" axtarırıq.

Şah İsmayıl imperiya qurmuşdu və bu imperiya təpədən dırnağa, torpaqdan bayrağa kimi əsl Azərbaycan dövləti idi.

İslam qanunlarının qüvvətli olduğu Osmanlıda sultanların əksəri xristian qadınlarla evlənib. Osmanlının böyük hökmdarı Sultan Süleyman Qanuninin anasının yəhudi əsilli Helqa olduğu deyilir. Amma bu gün heç bir türk tarixçisi, vətəndaşı bu cür cılız söhbətləri gündəmə gətirmir. Nəinki gündəmə gətirmirlər, hətta Qanuni haqda “Möhtəşəm yüzil” kimi möhtəşəm bir ekran işi çəkirlər.

Şah İsmayılın əsas düşməni (təəssüf ki, düşməni) Sultan Səlimin 40 min ələvini qətlə yetirdiyi deyilir. Bəzi tarixçilər bu rəqəmin 20 min, 10 min olduğunu yazır. Bəziləri isə ümumiyyətlə belə bir qətliamın olmadığını iddia edir.

Əksər Azərbaycan tarixçiləri isə hər dəfəsində Şah İsmayılın 40 ailəni öldürməsini vurğulayırlar. Mənzərə budur: qardaş türk tarixçiləri 40 min nəfəri gizlədir, bizim tarixçilərimiz 40 nəfəri gizlətməyə yer tapa bilmir.

Yekun: Ömrünü qanlı savaşlarda keçirmiş böyük Şah İsmayıl Səfəvinin qanındakı eritrositləri, leykositləri eşələməyə lüzum yoxdur. Azərbaycan, türk və bütövlükdə dünya hərb tarixində Şah İsmayıl kimi böyük bir fakt var.

Tarix
2018.11.20 / 22:42
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla