Yuxarı

Mədəni – şəhərli deməkdir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs bilir ki, kültür sözünün mənası "kultura"dan ("cultura") gəlir… İlkin mənası "əkib-becərmə", "əkinçilik" anlayışı ilə bağlıdır. Avropa dillərindən Türkiyə türkcəsinə keçmiş kültür sözünə qədər ərəb mənşəli hars (əkib-biçmə, becərmə, yetişdirmə) sözü işlənib. Deməli, həm kültür, həm də hars sözünün dilimzdəki qarşılığı "əkin", "əkinçilik" sözüdür - yaşı neçə minilliklərlə ölçülür!

Əlbəttə, kulturologiyanın bir elm sahəsi kimi çox sonralar ifadə etdiyi mənadan danışmırıq.

Sual yaranır: kültür sözünün dilimizdəki qarşılığı nədir?

Çoxları bu sözün mədəniyyət kəlməsi olduğunu düşünür!

Əslində isə bu terminlər başqa-başqa anlayışları ifadə edir. Belə demək mümkünsə, "kültür" qavramı "kənd"dən (əkin-biçindən), mədəniyyət anlayışı isə "şəhər"dən qaynaqlanır.

"Mədəniyyət" anlayışını "culture" ilə eyniləşdirmək olmaz. Mədəniyyət (Mədinə) şəhərli sözü ilə bağlıdır. Bu şəhərin adı qədimdə, daha doğrusu, cahiliyyə dövründə Yəsrib olub. Peyğəmbərimizin (s.ə.s.) hicrətindən, yaxud təşrifindən sonra (10 illik bir dövr) onun şərəfinə əvvəlki ad "Nurlanmış şəhər"ə dəyişdirilib.

Burada mədəniyyətin dəyərlər topolusu olaraq sonralar dilimizdə ifadə etdiyi və qazandığı mənalardan danışmırıq! O zaman Mədinənin İslam tarixində oynadığı rolu kiçiltmədən bəzi suallar ortalığa çıxır.
622-ci ilə qədər "mədəniyyət" olmayıbmı? Təbii ki, olub, ancaq onun adı "mədəniyyət" olmayıb.

Ərəblər mədəniyyət anlayışına səqafət və bizim yenə onlardan alıb işlətdiyimiz "mədəni" kəlməsinə müsəqqəf deyirlər. Yəni, biz mədəni insan dedikdə, ərəb elə düşünə bilər ki, söhbət "kəndli"dən deyil, məhz "şəhərli"dən gedir...

Bu yanlış fərqi yaxın keçmişə qədər "şəhərlilər" qoruyub-saxlayırdı. Kənd adamlarının şəhərə axını və paytaxtda müəyyən üstünlüyü ilə bu yanlışlıq tədricən aradan qalxdı. Mədəni insan dedikdə kimin haradan olduğu deyil, düşüncədə, dildə hansı dəyərlərə sahib olduğu başa düşülür.

Maraqlıdır ki, "şəhərli" olmağın bir anlamı da mədəniliyi ifadə edir. Bu da şəhər (şəhr!) sözünə qədərki "balıq" və "qara" anlayışlarımızla bağlıdır. Elə ona görə də qələbəlik (əslində qalabalıq!) təkcə "adamların çox olduğu yer" kimi dərk olunmur. O, həm də maddi, milli və mənəvi dəyərlərimizin təmərküzləşdiyi yerdir!
Fikir yaranır: Kültürü kimlər yaradır? Yalnız oturaq həyat tərzi keçirənlərmi?

Məsələyə "bədəvi" və "hadari" açısından yanaşdıqda bizdə tərəkəməni həmişə türkün oturaq həyat tərzi nizamlamayıbmı?

Türk dilində "mədəniyyət" (şəhərli) sözünə qarşılıq olaraq uyqarlıq sözü var. Sözün kökü uyğur türklərinin adından gəlir. Məsələn, uyqar insan - mədəni insan..

Söhbət kültür, mədəniyyət və uyqarlıq üçlüyündən gedir, bu da nə imtina, nə də inkarçılıqdır! Dildə və düşüncədə üçüncünü bərpa etmək özümüzü yaxşı tanımaq üçündür!

Bərpa etmək o deməkdir ki, var və onun adı olmalıdır - kültür və mədəniyyət kimi!

Tarix
2014.10.28 / 22:39
Müəllif
Şahlar Məmmədov
Şərhlər
Digər xəbərlər

Əndirəbadi sözlər

Əziz Yıldırım istefa verəcəyi tarixi açıqladı

Rusiya: “6400 insan öldürülüb”

Çərşənbə sözü necə yaranıb?

Kiflənmiş KİV və alişan ariflər

Millətimizin sərvəti

"İlk öncə" demək olarmı?

“WhatsApp" necə yazılmalıdır?

Qor aparan necə qorapalan oldu?!

Dövlətin sərt üzünə ehtiyac varmı?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla