Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Rusiya çöksə nə olar, çökməsə nə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi səslənən yeni bir mülahizə budur - Rusiyanın çökməsi Azərbaycana təsirsiz ötüşməyəcək, yayda qarpızlarımız bostanda xarab olacaq, xurmalarımız da ağaçda çürüyəcək…

Doğrusu, tarixdən dərs almayan, bəlli bir əqidəsi olmayan belə yanaşma məndə ancaq təəcüb doğurur.

Bizə Rusiyanın zəyifləməsi deyil, onun parçalanması lazımdır. Yalançı patriotların ağızlarından düşürmədikləri Qarabağ məsələsi bəlkə onda həllini tapa. Bəlkə erməni dığası təklənib yardımsız qalsa, biz də silaha sarılsaq, Qarabağı da, Zəngəzuru da, İrəvanı da, Göyçəni də qaytaraq.

Deyilir ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır, orda pul qazanır və Azərbaycana göndərir, bu da Rusiyanın bizə olan mərhəmətidir. Heç də elə deyil, bu mərhəmətin necə olduğunu bizə təzəlikçə Orxan Zeynalov hadisəsi göstərdi.

Əcəba, həmin yalançı patriotlar Rusiya Dumasının 1994-cü ildə erməni "soyqırımını" tanıdıqlarını, lakin Xocalı soyqırımı haqqında bir dəfə də olsa ildönümündə dillənmədiklərini unudublarmı? Əcəba, rus rəsmilərin Azərbaycanı müharibə etməkdən çəkinməyə çağıran hədələri nə tez yaddan çıxdı?

Ağıl sahibləri bir şeyi gözəl anlayır - Putinin simasında təklənmiş və zəifləyən rus şovinizmi sırf öz mənfəəti üçün bizə gülümsəyir, çünki özünün "saxladığı" Ermənistandan ona onsuz da fayda gəlməz. Düşünür ki, barı Azərbaycandan ucuz tərəvəz gəlsin də, rus xalqının başını bir az daha aldadıb onun köləliyini davam etdirək... Yoxsa köhnə günlərində, neft dollarlarının axdığı o günlərdə, gömrüklərdə fito-sanitar və pestisid nəzarətini də tətbiq edən məhz Rusiya idi.

Bu günlərdə Rusiyanın zəifləməsinə üzülmək lazım deyildir. Vəziyyətdən öz xeyrimizə istifadə edərək, Rusiyadan dəmir, mis və taxta almalı, fermerlərimizə yeni bazar açmalıyıq. Bacarsaq, ruslardan ucuza qaz və neft daxil olmaqla xammal alıb Avropa bazarlarında satmalıyıq.

Regionda Azərbaycanı güclü dövlət olaraq görmək istəməyən əsas iki dövlət var: Rusiya və İran. Tarixən belə olub, belədir və belə olmağa davam edəcək. Hər ikisinin zəifləməsi bizim güclənməyimiz olacaqdır.

Tarix
2014.12.20 / 10:05
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
loading...
Digər xəbərlər

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

Qız 9-dan sonra evə gəlirsə…

Permyakov hansı həqiqəti pıçıldadı?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla