Yuxarı

Qəhrəmanlıq təranələri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizlərə məşhur əfsanəvi sərkərdə Napaelondan, hətta onun yatmış əsgərini yuxudan ayıltmadan silahını götürüb postdan çıxmasından yazmayacağam.

Makedoniyalı İsgəndərdən də, ondan sonra "dünyanın ikinci möcüzəli sərkərdəsi" adlandırılan Yuli Sezardan da yazmaq fikrim yoxdu!

Rusiyanın hərb tarixini qanla yazan tatar əsilli sərkərdə Suvorovu da nümunə gətirmərəm...

250-ci qələbəsini görüb, elə admiral formasında gözlərini əbədi yuman, 250-ci döyüşünə qədər bir gözünü və bir qolunu itirən Admiral Nelsondan niyə yazmalıyam ki?

Mənim fikrim tarixdən yazmaq yox, tariximizdən yazmaqdı, tariximiz üçün yazmaqdı – özümüzdən - sadəcə və sadəcə...

Məqsədim Azərbaycanın müasir hərb meydanında "QƏHRƏMANLIQ TƏRANƏLƏRİ" və ona nəqarət tapılmasıdır. Odur ki, Sizdən soruşuram: "Axtaraqmı?"

Var Vətəni facebookda sevənlər!

Var Vətəni yemək-icmək stolu arxasında sevənlər!

Bir də var... Vətəni döyüş meydanlarında sevənlər!

...və bir də var yuxusuz gecələrin yorğun səhərlərində gah durbinin gözlüyündən, gah da səngərlərdən üzü düşmənə tərəf açılan müşahidə məntəqələrindən düşməni izləməklə, ona atəş açmaqla Vətəni sevənlər!

Sevgidən atəş açmaq... Maraqlıdır, deyilmi? Öz aramızdı, başına yağan güllələrdən yayınmaq üçün, hətta gizləndiyin daşın, səngərin ətrafına səpələnən düşmən güllələrinin aramsız atəşi altında kurəyini bir daşa söykəyərək yenidən Vətən sevgisi naminə hücuma kecməyin də ayrı bir sevgisi var...

Yurdun düşmən tapdağı altında olarkən hərdən adama elə gəlir ki, hamı Vətəni sevir, təkcə səndən başqa!

Hər kəsin millət, bayraq, torpaq sevgisinə "Əhsən!" deyib, kecirəm mətləbə.

Bir zamanlar Azərbaycan Ordusuna qarşı cəmiyyətdə inamsızlıq, qısqanclıq var idi!

Azərbaycan Ordusu ilə mülki vətəndaşları arasında bir uçurum yaranmışdı!

Mənfi istiqamətə dəyişən bu sadalananları çox uzatmaq olar, amma mən millətin və dövlətin onurğa sütunu olan Azərbaycan Ordusunun dünəninə baxaraq, bugününün sabaha imza ata biləcək qələbəsindən yazmaq istəyirəm - sizlərə və ordu generalitetinə dərs keçmək fikrindən uzaq olmaq şərtiylə! Ən azından Azərbaycan Ordusu jurnalist kimi də, ehtiyatda olan zabit kimi də mənim urəyimin şah damarıdır!

***

"QƏHRƏMANLIQ TƏRANƏLƏRİ"

Son 20 ildə nə ədəbiyyatımızda, nə də kinolarımızda normal əsgər obrazı yaradılıb – "Fəryad" filmi və "Dolu" film-romanı istisna olmaqla. Elə buna görədir ki, Azərbaycan Ordusunda indiyə kimi nə nizamlı əsgərin, yaxşı komandirin obrazı beyinlərə həkk olunub, nə də çoxsaylı suallardan biri olaraq "güclü komandirin, əsgərin ən yaxşı silahı nə olmalıdır" tipində elementar bilgilər cavablandırıla bilir...

Ordu silahli birləşmədir. Amma Ordunun bir silahı var - o silahin da adı olmalıdır. Bu gün çox az adam tapılar ki, Mübariz İbrahimovun şəklini evində saxlamasın. Ona görə yox ki, Mübariz İbrahimov son 3 ildə Azərbaycan əsgərinin idealına çevrilib.

Ona görə ki, Mübariz İbrahimov "Məğlub ordunun qəhrəmanı olmur" ifadəsindən

"Ən güclü sərkərdə daima qalib gələn deyil, məğlub olduqdan sonra yenidən, qorxmadan döyüş meydanına qayıda biləndir" ifadəsinə körpü atdı...

Azərbaycanda "Qəhrəmanlıq təranələri" seriyasından sonuncusu bu. Bəs bunun nəqəratı olmalı deyilmi? Axı bu gün Azərbaycan Ordusunun hər taborunda mübarizürəkli yüzlərlə əsgəri var ki, yaxın tarix onların imzasına şahid olacaq.

Məhz onlardır Azərbaycanın "Qəhrəmanlıq təranələri"nin müəllifi, bəstəçisi, ifaçısı!

Bu sadəcə, düşüncələrimdir. Bu düşüncələrin reallığa çevrilməsi bir istək kimi o halda gerçək ola bilər ki, bizlər – bütün və bütöv Azərbaycan bu təranələri birlikdə oxuyaq! Xorla! Həm də orta məktəbdən universitetlərə, səngərlərdən sərhədlərimizə qədər...

Əgər biz o təranələri oxuya bilsək, üzümüzü Azərbaycan əsgərinə tutub inamla, ərklə deyə də, qətiyyətlə tələb də edə bilərik: "Gəncliyin zəfər çələngini - QƏHRƏMANLIQ TƏRANƏLƏRİNİ yaz!"

***

"Qəhrəmanlıq təranələri"nin ilkiylə bağlı fikrimə sübut olaraq:

Keçmiş SSRİ-nin populyar dərgilərindən "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) Konstantin Smirnovun "Qorxu" sərlövhəli məqaləsində azərbaycanlı Natiq Qasımov adlı qəhrəman əsgərdən bəhs olunub. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə müşayiət olunub.

Şəkildən aydın görünür ki, əsgərimiz iki saqqallı erməni yaraqlısının müşayiəti altında olsa da, məğrurcasına bayrağımızı da özüylə aparır. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını sonradan bilib çox pərt olmuşdular. Bax əsl qəhrəman əsgər 1992-ci ildə bayrağı ermənilərə verməyən Natiq Qasımov kimiləridir.

Dostlar, "Komandirimə söz vermisdim ki, movqeyimi tərk etməyəcəyəm və bayrağımi qoyub heç yerə getməyəcəyəm deyə sonuncu gülləmə qədər düşmənlə vuruşdum" deyən bu qəhrəmanın sonrakı taleyindən indiyə qədər məlumat olmasa da, uğrunda döyüşdüyü bayrağı son ana kimi əlindən yerə qoymayan, hətta əsir düşməyiylə belə coxlu əsirlərin həyatını ölümdən qurtaran Natiq Qasmovun haqqında oxuyun və oxumayanlara da oxutdurun.

Qəhrəmanları olmayan xalqın qələbəsi olmur, qələbə yoxdursa, "Qəhrəmanlıq təranələri" səslənmir, minlərlə nəqəratı olsa da...

Aqil Alışov

Ehtiyatda olan baş leytenant

Tarix
2013.12.17 / 14:12
Müəllif
Aqil Alışov
Şərhlər
Digər xəbərlər

Səngər Aslanlarının komandiri

İşğal olunmuş ad günüm...

Faciəli statistika, yoxsa statistika faciəsi?!

“Şəhid Şikəstəsi”

Biz “Sizə zəfər gətirəcəyik”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla