Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2017


Pozğun bir yazı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kül keçəlin başına…

Gəlibsə, deyəcəyəm e: Azərbaycandakı bu ziyalılıq söhbətləri artıq canımı boğazıma yığmaqda. Günahkar isə toyuq. Onun yumurtası tərs gələn kimi başlayırlar ki, bəs bu xalqın ziyalıları hara baxır?

Neçə illərdi ki, bu yanlış münasibət davam etməkdə. Ki, alimsənsə, deməli, ziyalısan, yazıçısansa, deməli, ziyalısan, müəllimsənsə, deməli, ziyalısan.

Adicə bir rəssam olan yazıq Təvəkkül and-aman eləyir, əlini Qurana basır, yaxasını cırır ki, ay camaat, əl çəkin məndən, mən ziyalı-zad deyiləm. Bizimkilər salırlar onu "qapazın" altına ki, yox e, nə danışırsan, sən axı şəkil çəkirsən.

Şəkil çəkirsənsə, deməli, ziyalısan. Ziyalısansa, deməli, cəmiyyətin vicdanısan. Cəmiyyətin vicdanısansa, deməli, toyuğun yumurtasının tərs gəlməsinə sən cavabdehsən.

Kinodu, kino… O şəkilçəkən Təvəkkülü hələ bir "qapazın" altından çıxarıb qoyurlar "qapanın" üstünə və çəkirlər də: buyur, bu da sənin cəmiyyətdəki ziyalı çəkin!

Vay-vaaay, saytlar və qəzetlər əndrabadi başlıqlarla dolub-daşmaqda: "ziyalılar müdafiə edirlər", "ziyalılar müraciət imzaladılar", "ziyalılar forumu durumu dəyərləndirdi", "ziyalılar etiraz etdilər"...

Əlimi ürəyimin üstünə qoyub qətiyyətlə deyirəm ki, belə şeyin dünyada anoloqu yox. On doqquzuncu əsrin sonlarında rusların humanitariyə soxuşdurduğu "intiligent" sözünü tərcümə eləyib boğazımıza nə təhər keçiriblərsə, yüz ildi nə asqırmaqla çıxır, nə öskürməklə.

Dünyada isə "intellektual" anlayışı. Yəni, konkret sahədə zehni əməklə məşğul adam. Lap yəni, öz sahəsinin peşəkarı və yalnız öz sahəsinin peşəkarı.

Bir az da yəni, dünyada, məsələn, ekzistensialist Sartrı, postmodernist filosof Derridanı, fizika müəllimi Maykı "yumurtası tərs gəlmiş toyuğa" görə narahat eləmirlər.

İntellektualın üzərində cəmiyyətin sosial-ictimai, mənəvi öhdəlikləri yox. İntellektualın "ziyalı borcu" olamaz. Rusların "intelligentinin" və bizim "ziyalının" qarşısında isə bir sürü şərtlər və umacaqlar.

Vallahi-billahi, mən bizdəki "ziyalı" anlayışının "işıqlı" mənasının "aydın" yozumunda azıb qalmışam.

Aydınlaşmış adam o kəsə deyərlər ki, o, varlığın bütün çərçivələrindən azad. Aydınlaşmış adam o kəsə deyərlər ki, onun siyasi, milli, dini təəssübkeşliyi və hətta ictimai əxlaqı da yox. Aydınlaşmış adam o kəsə deyərlər ki, o hər cür ideoloji-mədəni-mental buxovlardan kənarda.

Aydınlaşmaq – intellektual tənhalıq demək.

Bizimkilər isə bir balaca qanacaq-qabiliyyəti olana, bir balaca əli və qəlbi təmiz olana "aydın" deyirlər e....

Lap pisi də bu ki, bir balaca istedadı-savadı-filanı olanın boynuna "aydın" adını qoyub başlayırlar ondan mələk əlamətləri tələb eləməyə.

Xeyir vatana qalsın, hər şey bir yana qalsın, yaradıcı adamdan nə ziyalı?! İçiynən də, çölüynən də daim dağınıq, darmadağın, cəmiyyətinin əxlaqına sığmayan şairdən, yazıçıdan nə ziyalı?!

Hə e hə, bizimkilər öz "güləşçisinin" tatami üstündəki qələbə­lə­riylə kifa­yətlənməməkdə, qolunun gücü var deyə Azərbaycanın başqa yüklərini də ona daşıtdırmaq istəməkdə. Yaradıcılardan estetik uğurlar deyil, minimum istehlak zənbilinə, Qarabağ proble­mi boğçasına, xalqın xilası və gilası səbətinə, milli dəyərlər xurcununa, ədəb-ərkan torbasına töhfələr ummaqda.

Ona görə də buralarda, məsələn, Dostoyevskinin, Freydin yetişməsi qeyri-mümkün. Çünki onlar öz "pozğunluqları", "əxlaqsızlıqlarıyla" bizimkilərin "ziyalı" kriteriyalarına qeyri-uyğun.

Çünki bizimkilərin "alimsənsə, yazıçısansa, deməli, ziyalısan" düşüncəsinin dəhşətli bir astarı da var: ziyalı deyilsənsə, deməli, yazıçı deyilsən, alim deyilsən.

Tük keçəlin başına.

Tarix
2013.10.22 / 09:11
Müəllif
Salam Sarvan
Şərhlər
loading...
Digər xəbərlər

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

"Camaat nə deyər?" prinsipi...

Fikir müharibələri - 1

Bu toplumu özbaşına buraxsan...

Xalqa dərs keçmək

Xiyar məsələsi - Məzəli

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla