Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


Allahın ən çox yükləndiyi başlanğıc...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilin ilk günləridir. Bu həm də o deməkdir ki, ən azı ilin sonunda bir xeyli arzumuzun gerçəkləşməsinə ümid etmək üçün qarşıda bir illik zaman var. Hər bir fərd üçün arzu, ümidlərin olması təbiidir, istənilən insan sosial vəziyyətindən, statusundan asılı olmayaraq, özü üçün hansısa arzular, ümidlər qurur. Bu arzuları gerçəkləşdirmək onun imkanları xaricində olanda isə, işi Allahın öhdəsinə buraxır, metafizika dövriyyəyə girir. Ona görə də yeni il həm də Allahın insan arzuları ilə ən çox yükləndiyi bir başlanğıcdır.

Əminəm ki, əgər Allaha ünvanlanan arzuların, diləklərin statistikasını çıxarmaq mümkün olsaydı, Azərbaycan ilk sıralardan birində yer almış olardı.

Qurani-Kərimdə belə bir ayə var: "İnsanlar nankordur, xoş günlərdə Rəbblərini zikr etməzlər". Bu ayədən yola çıxaraq firavanlıq və rifahın təmin olunduğu Qərb cəmiyyətlərindən özümüzü daha çox "ruhani, etiqadlı" saya bilərik. Çünki biz Allahı daha tez-tez xatırlayırıq. İşin ciddisinə gəlincə, Allahı təkcə işimiz düşdüyü üçün xatırlamaq dindarlıq deyil. Bu, yuxarıda sitat gətirdiyimiz ayənin təsbit etdiyi nankorluq anlayışının ifadəsidir daha çox... Çünki arzu və ehtiyaclarımızdan kənarda Allahı niyə xatırladığımıza fikir versək, onun buyruqlarına nə qədər əməl etdiyimizə nəzər salsaq, dindarlığımızın gerçək ölçüləri üzə çıxar. Bəlkə elə buna görədir ki, Allah bizdən üz döndərib. Adi ticarətdən tutmuş həkimin xəstəyə, müəllimin şagirdə, müstəntiqin, hakimin müttəhimə... münasibətinə qədər, istənilən sahədə Allahı tapmaq müşkül məsələdir. Bu ifadəyə görə tələsib bizi Allahı inkar etməkdə günahlandırmayın, lütfən!

Quran məntiqinə görə, Allaha olan etiqad və inamımız əməllərimizdə təcəlli edir, bu əməllər olmadan sözdəki inamın bir qara qəpiklik dəyəri yoxdur. Demək, əməllərimizdə görünməyən Allaha ürəyimizdə, qəlbimizdə də yer verməmiz mümkün deyil.

Məsələyə başqa bir bucaqdan baxaq. Bu gün zənginlərimizin, iş və ya tanınmış sənət adamlarının əksəriyyətinin əməllərində Allahı görə bilirikmi?! Bu kəsim sosial problemlərə görə Allaha işi düşməyənlər hesab olunurlar. Yaxınlarda "Axar.az" saytında xarici ölkələrin tanınmış sənətçilərinin öz gəlirlərindən xeyriyyə işləri üçün nə qədər böyük vəsaitlər ayırdıqları ilə bağlı məlumat verib, eyni mövzuda bizim sənətçilərimizdən soruşduqda bəlli oldu ki, heç biri xeyriyyə fəaliyyəti ilə məşğul olmurlar. Lüks avtomobillərdə gəzən, bahalı villalarda yaşayan zənginlərimizdən xeyriyyəçiliklə bağlı soruşmaq mümkün deyil, çünki o saat aylıq maaşalarını deyib, ayın başından sonuna güclə çatdırdıqlarını bildirəcəklər...

Yeni il də köhnəlməyə başlayacaq. Ancaq bizim Allaha münasibətimiz dəyişməyincə, Allahın da bizə münasibəti dəyişməyəcək: O, nə qədər mərhəmətli və bəndələrini sevən olsa belə... Allahı öz əməllərimizdə göstərmədikcə, hər ili ümidlərlə, arzularla başlayıb, amma hər dəfə də göyə açılan əllərimizi yanımıza salmalı olacağıq.

Tarix
2014.01.03 / 16:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla