Yuxarı

Dərman yox idi, ölürdük?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox kitab oxunan ölkələr sırasında Azərbaycanın adını görmək yəqin ki, hələ uzun illər bizə nəsib olmayacaq. Çünki statistik məlumatlara nəzər salanda bunun mümkünsüzlüyünü anlamaq üçün elə də böyük hesablamalara ehtiyac yoxdur.

Sən demə, almanlar dünyanın ən çox kitab oxuyan millətidir, bu ölkədə ortalama, gün ərzində 28, Yaponiyada 24 dəqiqə kitab oxuyurlar. Türkiyədə də vəziyyət ürəkaçan deyil - 24 saat ərzində cəmi 13 saniyə...

Azərbaycanda durumu araşdırmaq üçün uzun-uzadı, dəruni bilgilərə ehtiyac yoxdur. Elə ən populyar yazarın kitabının tirajına baxanda hər şey özlüyündən məlum olur. Cəmi 500-1000 tirajla çıxan kitabların satışına baxandasa, Qəribi lap ağlamaq da tuta bilər.

Demək belə... Biz kitab oxuyan toplum deyilik. Bunun səbəblərini araşdırmaq, ortaya çıxan nəticələri də dartışmaq olar, amma vallah, məncə, bütün bunlara elə də ehtiyac yoxdur. Kitab oxumuruq, əvəzində seriala baxmağı xoşlayırıq. Oturub kimin nə alıb, nə verdiyini dartışmaq varkən, özünü bu ləzzətli söhbətdən məhrum edib kitab oxumaq kimin nəyinə lazımdır?

Biz kitab oxumuruq, çünki dünyagörüşümüzün dedi-qodu ilə formalaşmasına üstünlük veririk.

Yəni deməyim o ki, biz bu dünyanın dünyəvi işləri qala-qala sənət, ədəbiyyat, mədəniyyət ilə məşğul olmağı artaq iş hesab edirik.

Bir də almanlar oxuyub da nə olub ki? Dünyada iki böyük müharibəni onlar başlatmayıblar ki... Yaponlar oxuyur nə olur, oxumaqdan yeyib-içmək də yadlarından çıxıb, bapbalaca qalıblar.

Axı bu avropalılar oxuyub da nə çıxıb ortaya? Olsa-olsa, xəstəliklərin əlacını tapırlar, texniki yeniliklər icad edirlər.

Kimə lazımdır axı bu ixtiralar, texniki nailiyyətlər? Dərman yox idi, elə yıxılıb ölürdük? Allah qüvvət versin dədə-baba qaydasına, ot-ələfdən dərman hazırlayıb xəstə adamı dipdiri edirdilər.

Bax, elə bu interneti götürək, kimə lazımdır dunyanın bu ucunda oturub bir dəqiqənin içində istədiyin o bir ucdakı adamla danışmaq. Adamı bir həsrət çəkib ağlamağa, vüsala yetişib bunun həyəcanını yaşamağa da qoymurlar. Bir adam ki, masanın üstünə əyilib karandaşın ucunu dili ilə isladıb "əvvəla salam, salamdan sonra mən yaxşıyam, sizin də yaxşı olmağınızı Uca Allahdan arzulayıram" cümlələri ilə başlayan məktubu qurtarandan sonra zərfin ucunu da diliylə isladıb ağzını yapışdırmadı, poçt qutusuna salmadı, bunun nə ləzzəti?!

Eh, bu çox oxuyub başımıza bəla olan almanlar, yaponlar bizim dədə-babadan qalma nəyimizə varsa, axırına çıxacaqlar.

Bir sözlə, kitab-filan oxumağa ehtiyac yoxdur, Allah versin serilalı, musiqini, əyləncəni...

Hə, alver yadımdan çıxmışdı.

Allah alver etmək qabiliyyətimizə də... bərəkətmi versin deyim, yoxsa kəssin, bax bunu bilmədim!..

Tarix
2014.01.08 / 12:32
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla