Yuxarı

Neft erası bitir: Nə etməli?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəli, fikirləşəndə görürsən ki, tarixdə daş dövrü ona görə başa çatmadı ki, daşlar qurtarmışdı. Təsadüfi deyil ki, dünyanı bürüyən iqtisadi böhranı, neftin ucuzlaşmasını təhlil edənlər getdikcə daha tez-tez bu müdrik deyimi təkrar edirlər.

Hələ də çoxu belə düşünür ki, indi neftin ucuzlaşması daha çox mövcud geosiyasi konyunktura ilə bağlıdır. Amma başqa cür düşünənlər də az deyil. Bəziləri israrla iddia edirlər ki, böyük ehtimalla bahalı neft erası birdəfəlik arxada qaldı.

Düzdür, neft hələ bir o qədər də tükənməyib və dünyanın neft ehtiyatları azı yüz il kifayət edər. Böyük neft hövzələri var ki, onlar insanlar tərəfindən hələ işlənməyib. Məsələn, belə bir faktı qeyd etməyə dəyər ki, Arktikada böyük neft ehtiyatları var ki, onların hasil edilməsi bu gün üçün elə də asan texnoloji problem deyil.

Amma getdkcə daha çox adam alternativ enerji mənbələrinə meyl göstərir. Bir neçə il bundan əvvəl bu, bir ekzotika kimi görünürdüsə, indi onun haqqında tamamilə ciddi şəkildə danışırlar. Burada belə bir faktı qeyd etməyə dəyər ki, məsələn, Çinin qeyri-ənənəvi üsullarla istehsal etdiyi enerji Rusiyanın istehsal etdiyi bütün enerjidən azı üç dəfə çoxdur.

Alternativ enerji mənbələri insanların diqqətini təkcə neftin tükənməsilə bağlı cəlb etmir, həm də belə bir faktı qeyd etməyə dəyər ki, bu üsullarla əldə edilən enerji ekoloji cəhətdən də təmizdir.

Öz tərəfimizdən də qeyd edək ki, alternativ enerji mənbələri bir zərurətdir. Bəşər övladı gec-tez bu istiqamətə üz tutacaq. Amma bu, nə vaxt baş verəcək və yaxud artıq baş verib - bax, bunu demək elə də asan deyil.

Burada belə bir məsələ də diqqəti cəlb edir – insanlar deyir ki, təbii ehtiyatlar çox ədalətsiz şəkildə bölünüb. Bu ədalətsizliyi aradan qaldırmağın bir yolu da karbohidrogen erasına son qoymaqdır.

Bir daha deyirik ki, hələ bu, ekzotika kimi görünür. Amma bu vaxta qədər nə qədər ekzotik planlar reallığa çevrilib?! Çox keçməz ki, bu da bir reallıq olar.

Alternativ enerji mənbələri arasında elələri var ki, biz də onları inkişaf etdirə bilərik və bu sahədə artıq Azərbaycanda da xeyli iş görülüb. Hətta bu xüsusda dövlət proqramı da mövcuddur. Həm də əvvəldən Abşeronun küləkli, ölkənin isə ümumi günəşli iqlimi bu konteksdə həmişə diqqəti cəlb edib. Bu istiqamətdə nəinki hökumət tərəfindən, hətta ayrı-ayrı insanların özləri tərəfindən cəhdlər də edilib – ölkədə hətta elə evlər ki, onlar məhz alternativ enerji ilə təmin olunurlar.

İndi neftin ucuzlaşması daha çox geosiyasi konyunktura ilə bağlıdır. Bunu bir az əvvəldə qeyd etdik. Amma qısa müddət üçün nəzərdə tutulan və daha çox da Rusiyanı çökdürmək məqsədi gedən həmin strategiya uzun müddətli də ola bilər və daha böyük dövrü əhatə edər.

Bir daha deyirik ki, biz hələ daha çox neft ölkəsiyik. Hərçənd, potensial neft ehtiyatlarımız bir o qədər də böyük deyil. Fəqət, iki böyük gücün savaşından irəli gələn çətinlikləri biz də yaşayırıq. Və daha çox da onda ümidliyik ki, proses uzun müddət davam etməyəcək, neft yenidən bahalaşacaq.

Fəqət, bu period qeyd etdiyimiz kimi, başqa məna da kəsb edə bilər, o, total qeyri-neft erasının başlanğıcına çevrilər.

Bəs nə etmək olar? Neftin ucuzlaşması qeyri-neft sektoruna diqqəti bir az da artırdı. Əvvəllər də Azərbaycanda bu sahəyə xüsusi önəm verilirdi. Amma indi bu, daha da aktual oldu. Aydın oldu ki, ən əvvəl ərzaq təhlükəsizliyimizi təmin etməliyik.

Ona görə də ucuz neft erasının ən birinci dərsi bəlkə də o oldu ki, biz öz iqtisadiyatımızı üç nəhəng sektor üzərində qurmalıyıq. Bunlar turizm, kənd təsərrüfatı və bir də ölkənin tranzit imkanlarıdır.

Bu sahədə də xeyli iş görülür: tranzit imkanlarını inkişaf etdirmək üçün xüsusi qurum yaradıldı, turizm və kənd təsərrüfatı isə ciddi diqqətdədir. Bu işlərin intensivliyini artırmağa, bəlkə də bu sahəyə əlavə subsidiyalar yönələtməyə ehtiyac da yaranacaq. Həm də gərək daim yadda saxlayaq ki, ən böyük qeyri-neft sektoru elə birinci növbədə kənd təsərrüfatıdır. Bu, həm də ərzaq təhlükəsizliyi baxımından çox əhəmiyyət kəsb edir.

Etiraf edək ki, texnika və texnologiya o qədər inkişaf edib ki, gənc dövlətlərin bu sahədə liderlik edən ölkələrlə yarışması çətindir. Amma kənd təsərrüfatı başqa məsələdir: burada yerli imkanlar, iş vərdişləri və ən başlıcası isə maliyyə resursları var. Elə bu səbəbdən də çox kiçik müddətdə bu sahədə yüksək inkişafa nail olmaq mümkündür. Neftdən fərqli olaraq bu resurs tükənməzdir və bərpa olunandır.

Əsas odur ki, hökumət də bu sahəni prioritet elan edib. Deməli, inkişaf üçün həm də istək var. Sadəcə, bir daha qeyd edirik, bir müddət bu sahəyə əlavə subsidiyalar yönəltmək lazım gələcək. Belə olsa, neft erasının bitməsi bizim üçün, ən əsası da gələcək nəsillər üçün sürpriz olmaz.

Tarix
2016.01.22 / 08:30
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

İtirilmiş böyük şans

Bu peşə də ölür

Rusiyada ədəbiyyat ili?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla