Yuxarı

Gürcü həkim saçını yoldu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ayı tamam oldu. Həyat yoldaşımla birlikdə Tiflisə gəlməyimizi deyirəm. On beş gündür ki, oğlumuzu da özümüzlə gətirmişik. Bir neçə ay burda qalmaq, ciddi müalicə almaq, əsəbimizi sakitləşdirmək, son aylar yaşadığımız sarsıntılara məlhəm qoymaq istəyirik.

Balamızı yanımıza gətirən kimi dedik uşağı bir həkimə göstərək. Görək nə var-nə yox, indiyə qədər göstərdiyimiz həkimlər düzmü müalicə aparıb, düzmü dərman yazıblar? Uşağımız niyə belə ağlağandı, niyə belə əsəbidi?

Bakıdan çıxanda dostlar demişdilər ki, indiyə qədər yazılan reseptləri özünüzlə götürün, burda həkimlər əvvəlki reseptlərə mütləq baxmaq istəyəcəklər. Nə deyirik? Götürün deyirsiniz, götürək də...

Saat on, on birin yarısı olardı. Gürcü uşaq həkimi əvvəl gülürdü. Özü də çox böyük şəfqətlə gülürdü. Yazıq həkimin gülüşü dodağında dondu. Dodağı əsdi. Üç dəfə tullanıb əlini tavana vurdu. Ağladı, saçını yoldu. Az qalırdıq həkimin özünə həkim çağıraq. Bizimkilər əl boyda uşağa nələr yazıbmışlar, ya Rəbb! Nə dərmanlar tökürmüşük uşağın qarnına? Nələr yedizdirmişik buna?!

Uşağımın yanında günahkar idim. Günahsız, heç nədən xəbəri olmayan bir körpəni doğulan günündən səhv müalicə eləyirmişəm. Həkim çığıra-çığıra danışırdı. Yoldaşım uşağı bağrına basmışdı, udqunmaq istəyirdi, udquna bilmirdi.

Taksiyə necə oturduq, evə necə gəldik, bilmirəm. Çatan kimi bütün reseptləri, özümlə gətirdiyim bütün dərmanları cırıb tulladım. Uşağımla bağlı hər şeyə yenidən – sıfırdan başlamaq qərarına gəldim. İlahi, gör əl boyda körpəyə qıyanlar bizə hansı dərmanları yedizdiriblər, bizi hansı səhv yollarla "müalicə" eləyiblər.

Niyə, niyə mən öz balamı bu həkimlərə etibar elədim? Axı mən bunları yaxşı tanıyırdım, axı mən bunları Binəqədi dağılmışda olan yanğında görmüşdüm. Toksikologiyanın baş həkimi var – Azər həkim. Özünü elə aparırdı, elə bil, yuxudan indicə durub, əl-üzünü yuyub məhlədə uşaqlarla nərd atmağa düşəcək. Sistemi yoldaşımın qoluma qoşub gediblər. Sistem qurtarıb, qolundan çıxaran yoxdu... Qırx günlük körpəmə heç bir tibbi yardım göstərilmədi, axırda məcbur olub özəl xəstəxanaya apardım. Qayınanamın isə heç üzünə baxan olmadı. Səhəri gün yenə getdik ki, arvad orda qeydiyyata düşsün. Azər həkim üzümüzə dirəndi, dedi yox, bu qadın burda olmayıb. Yazıq arvad özünə çatası təzminatı da ala bilmədi. İndi də baxa bilmirəm onun üzünə...

Bizim həkimlərə heç böyük adamı etibar eləmək olmaz. Ancaq mən uşağı, əl boyda, yarpaq boyda bir çocuğu etibar eləmişdim.

Bağışla məni, Tanrım, bağışla!

Tarix
2016.03.02 / 11:13
Müəllif
Mövlud Mövlud
Şərhlər
Digər xəbərlər

Öləcəm, atam-anam yetim qalacaq…

Günahkarlar cəzalansın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla