Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


İnsan olmaq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevə bilmək və Sevdirə bilməkdir.

Gülə bilmək və Güldürə bilməkdir.

Alçalmamaq və Alcatmamaqdır.

Heç vaxt yox cavabı almamaqdır.

Nəyi, harda, kimdən, nə vaxt, necə istəməyi bilməkdir.

Oxudugu kitabların niyə yazıldığını bilməkdir.

Məglubiyyəti dadmadan Qalibiyyətdən həzz alınmayacağını anlamaqdır.

Dərinliyini bilmədiyi quyuya girməkdir.

Heç kimə, heç nəyə fikir verməmək,özünə və elədiklərinə diqqət etməkdir.

Özünün, sevdiklərinin maddi, mənəvi və şəxsi təhlükəsizliyini təmin etməkdir.

Ələ salınmamaq, ələ salmamaqdır.

Anlamaq və anlatmaqdır.

Öyrənmək və Öyrədə bilməkdir.

Yaşamaq və Yaşatmaqdır.

Düşünmək və Düşündürmək, Ruhdan düşməmək və Ruhdan salmamaqdır.

Oxumaq və Oxutmaqdır.

Həzz almaq və Həzz verməkdir.

Gözəl görmək və gözəl görünməkdir.

Qorxmamaq və Qorxutmamaqdır.

Qısqanmamaq və Qısqandırmamaqdır.

Dünyanın imtahan olduğunu bilmək və bildirməkdir.

Özünü və dünyanı kəşf etməkdir.

Məntiqi sevmək və sevdirməkdir.

Aldanmamaq və aldatmamaqdır.

İnanmaq və inandırmaqdır.

İstifadə olunmamaq və istifadə etməməkdir.

Güclü olmaq və Güclü etməkdir.

Yaradıcı olmaq, yaradıcı insanları ilhamlandırmaqdır.

Uşaqla uşaq, böyüklə böyük olmaqdır.

Xoşbəxt olmaq ücün səbəb axtarmaqdır.

Kimsəsiz tərk edilmiş məkanlara getmək, lazımsız əşyalara yenidən can verməkdir.

Hər şeydə nikbinlik axtarmaq və tapmaqdır.

Dərdlərə dərman olmaqdır.

Yaxşılıq etməkdən zövq almaq və insanları yaxşılıq etməyə həvəsləndirməkdir.

Çətin vəziyyətləri asanlaşdırmaqdır.

Vicdanı unutmamaqdır.

Özünü başqalarının, başqalarını öz yerinə qoymağı bacarmaqdır.

Özünə və Sevdiklərinə vaxt ayırmaqdır.

Öz zəiflərini etiraf etmək və onları mükəmmələşdirməkdir.

Özünü tənqid edə bilmək və sevdiklərinin tənqidlərini qəbul edə bilməkdir.

P.S. Keşkə, bir gün bütün bunları bacarsaq!

Tarix
2013.11.02 / 10:52
Müəllif
Eltən Qədimbəyli
Şərhlər
loading...
Digər xəbərlər

Cahillik sindromu

Həyat Müəllimlərimdən birini itirdim…

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla