Yuxarı

“Fələk surəsi”ndən roman adına

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stiv Makkurrinin Hindistan, Racastanda çəkdiyi bu şəkildə (bax foto-lentə. – red.) bütün şərqin qadınlarını görürəm. Rəngarəng, qatbaqat parçalara bürünmüş, bir-birinə sığınmış, biri birinin ümidi qadınlar. Şərq həmişə qadınlarını gizlədib. Ona görə də divarların, pərdələrin, örtüklərin, cingildəyən zinətlərin ardındakı şərq qadını qəliblərə yerləşdirilib ağlımıza yazılıb.

Türkiyəli yazar Ece Temelkuran "Düyünlərə üfləyən qadınlar" kitabı ilə bizi şərq qadınının həyatına, evinə, ürəyinə aparır.

Ece Temelkuran

Ece Temelkuran İstanbul Universiteti hüquq fakultəsinin məzunudur. Ancaq bir gün də ixtisası üzrə çalışmayıb. 20 ildir jurnalist kimi fəaliyyət göstərir. Kürdlərin haqqları uğrunda mübarizəyə bir aktivist və jurnalist kimi dəstək verir. Cənubi Amerikadakı gerilla hərəkatını araşdıran Temelkuran bu haqda məlumatlarını "Biz burda devrim yapıyoruz, sinyorita" adlı kitabda topladı. Bənzər bir kitabı isə kürd hərəkatında tutulan azyaşlı uşaqlar barəsindəki "Oğlum, qızım, dövlətim" oldu. Bir dönəm yaşadığı Beyrutdan ilk romanı "Muz səsləri"ni yazdı. Jurnalist fəaliyyəti uzun illər "Milliyet" qəzetində, iki il isə "Habertürk" qəzetində olub. "Habertürk"də hökuməti və birbaşa R.T. Ərdoğanı hədəf alan yazısından sonra ordakı yerindən ayrılıb. Hazırda "Bir Gün" qəzetinin baş redaktorudur.

Ərəb baharı və yeni roman

İşsiz qalan yazarın şərq səfəri başlayandan sonra Tunisdə bir küçə ixtişaşının ortasında qalan Eceni qara çarşabda üzünü görmədiyi, dilini bilmədiyi bir qadın əlindən tutub o qarışıqlığın içindən çıxarıb. O gün bu romanın qərarı verilib. Bir toxunuşdan, bir baxışdan bir-birinin ruhuna yolu tapan qadınların hekayəsi. Kitab da elə bir qadına – yazarın ən yaxın dostu Aişəyə həsr olunub.

"Fələk surəsi"ndən roman adına

Tunisli rəqqasə Amira, Misirli professor Məryəm, Türkiyəli jurnalist Ece eyni oteldə qalır. Burda Əsma adlı yaşlı bir qadın ilə tanış olur. Bu sirli qadını hər kəs Madam Lilla adlandırır. Amira həm sevgilisindən ayrılıb, həm ailəsi rəqqasə olduğu üçün onu tərk edib. Məryəm geridə sevgisini, qızını və qəlbini verdiyi Təhrir meydanını qoyub. Ece isə ölkəsiz, dostsuz, işsiz tanımadığı bir ölkədə qalıb. Həbs olunar qorxusu ilə geri dönə bilmir. Çarəsiz qalan bu üç qadına Madam Lilladan bir təklif gəlir. İllər əvvəl qəlbini qırmış kişini tapıb intiqam almaq üçün ona kömək etməlidirlər. Beləliklə düyünlərə üfləyən qadınlar yola çıxır.Əsərin adı da Qurandakı Fələk surəsindən götürülüb: "Düyün vurub üfləyən qadınlar".

Səhra bu qadınlara özlərini, arzularını, ölkələrini anlatmağa başlayır. Məhəmmədin Amiraya yazdığı məktublarda, Məryəmin tapdığı nüsxələrdə kəşfə çıxırlar. Keçdikləri hər ölkədə o coğrafiyanın insanlarını, ordakı qadın döyüşçü qruplarını, müharibə gedən ölkələrin arxa cəbhəsini görürlər. Şərqin acısı üzərlərinə çökdükcə öz dərdlərindən sıyrılırlar. Əzablı dünyalarına inşallahlar, maşallahlar, rəqslər və vaz keçmədikləri qəhvə ilə rəng qatmağa çalışırlar.Madam Lilladan həyata, qadınlara və kişilərə dair məsləhətlər alırlar. Tunisdə başlayan səyahət Libya, Misir, Livan ərazisində davam edir. Sonra yenə Tunisdə bitir.

Təsadüf yoxdur

Kitabı almağım və oxumağım arasında keçən iki ayda həyatımda ən önəmli qadını, məni formalaşdıran, üzümün hər cizgisində yaşayan qadını itirdim. Belə təsadüf ola bilərmi, bilmirəm. Bu səbəbdən də fərqli duyğularla oxudum. Qadınların heç bilmədiyimiz həyatlarına gedərkən onu da anladım hər sətirdə. Əsəri oxuduğum müddətcə məndə yaratdığı duyğuların ən şiddətlisi yazarı görmək, bir anlıq da olsa yanında olmaq arzusu idi. O bu kitabı bir-birindən böyük şəhərlərdə yazdı, başqa böyük şəhərdə nəşr etdi, mən onu böyük bir şəhərdə aldım və sadəcə 60 xanəli balaca bir şərq qəsəbəsində oxudum. Bu kitabı oxuyan bir kişi və qadın eyni hissləri keçirərmi bilmirəm. Çünki, müəllifin də dediyi kimi insan yarası yarasına uyğun olanı sevərmiş.

Tarix
2013.11.04 / 13:00
Müəllif
Arzu Məmmədova
Şərhlər
Digər xəbərlər

Bakının yeraltı qəhrəmanları

Qadının qulağı kəsilməyincə...

Səhər yeməyini tək yeməmək üçün evləndim - Yazıçılar

Məşhur Hollivud ulduzlarının övladları – Foto

Xəzər sahilinin piratları

Qanun naminə

"Möhtəşəm yüz yıl"dan daha möhtəşəm film

Bizə əjdaha lazımdır

Onlar səhnəyə tualetdən çıxır - ODA...

Ərdoğanla generalın “çanta müharibəsi”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla