Yuxarı

ŞOK! “Adam içində” verilişinin eksperti öldürüldü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:59

Azərbaycanda "falçı-cadugər Timur" kimi tanınan Timur Nəsirov qətlə yetirilib.

Bu barədə Publika.az-a Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib.

Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər saatlarında Timurun ailəsi onun meyidini gətirmək üçün Dağıstana yola düşüblər.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

***

"Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər proqramın ekspertlərindən olan Timur Nəsirovun qətlə yetirilməsiylə bağlı Publika.az-a açıqlama verib:

"Kaş bu xəbər yalan olaydı. Bildiyimə görə, ailəsi Dağıstana gedib onun meyidini gətirmək üçün. Mən hər zaman efirdə də demişəmki, falçılara, cadugərlərə inanmayın. Özüm də belə şeylərin əleyhinəyəm. Amma Timur insan kimi çox yaxşı idi, böyük-kiçik yeri bilən idi. İndiyə kimi ondan artıq-əskik hərəkət görməmişdim".

***

Timur Nəsirov ölməsi ilə bağlı məlumatlar yalan çıxıb. O, Dağıstana bir tədbirdə iştirak etmək üçün getdiyini bildirib.

Tarix
2014.10.10 / 12:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla