Yuxarı

Azərbaycanın “Yalnız Qərb”i Permdə – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin MakDonax Festivalına dəvət alıb.

Axar.az xəbər verir ki, oktyabr ayının 7-dən başlayan və oktyabrın 14-dək davam edəcək festivalda teatrın kollektivi dramaturqun "Lineynin trilogiyası"na daxil olan "Yalqız Qərb" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edir.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edirlər.

"XXI əsrin əsas dramaturqu", "Müasir səhnənin möcüzəsi" və digər ləqəblərə malik Martin Makdonaxın da iştirakının nəzərdə tutulduğu festivalda həmçinin Moskva Bədaye Teatrı (Moskva), Sankt Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Perm, Bosniya-Hesoqovina, Çexiya, Polşa, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak edir.

Xatırladaq ki, keçən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və "British Council" Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Oskar mükafatçısı Martin MakDonaxın "Lineyn Trilogiyası"na daxil olan "Lineynin Gözəllik kraliçası", "Konnemarada bir kəllə" və "Yalqız Qərb" tamaşalarını səhnələşdirib.

Tarix
2014.10.14 / 02:50
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla