Yuxarı

Nazir Martin Rotla görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot ilə görüşüb.

Axar.az xəbər verir ki, qonağı salamlayan nazir Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barədə danışıb, bu ilin ən mühüm tədbirlərindən olan III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.

Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu əlaqələrin təkcə sərgilər vasitəsilə deyil, eyni zamanda muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Əbülfəs Qarayev bu səfəri Viktoriya və Albert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirib. Səfərin bu sahədə çalışan yerli mütəxəssislərin beynəlxalq təcrübədən bəhrələnməsinə töhfə verəcəyi bildirilib.

Xatırladaq ki, Martin Rot Bakıya Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən dəvət olunub.

Tarix
2015.04.10 / 11:48
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla