Yuxarı

Gülən “Axar.az”ın hesabını bağlatdırdı – Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nurçulara bağlı olan Samanyolu televiziyası "Yutub" Şirkətinə müraciət edərək, "Axar.az"ın hesabının bağlanılmasını xahiş edib.

"Yutub" Şirkətindən "Axar.az"a daxil olan məktubda bildirilir ki, Fətullah Gülənin bəddua etdiyi ilə bağlı videoçarx yığışdırılmazsa, saytın hesabı bağlanacaq. Qeyd edək ki, artıq "Axar.az" öz hesabına video yerləşdirmək hüququndan məhrum edilib.

Qəribədir ki, Fətullah Gülənin bədduası ilə bağlı video-müraciəti bütün türk və Azərbaycan mediasında yayılıb və bunun təşəbbüskarı da Samanyolu TV-dir. F.Gülənə bağlı olan bu kanal (Fəza Media Qrupunun televiziyalarından biridir) Gülən-Ərdoğan siyasi savaşında birincinin yanında yer almaqla, nurçuların mövqeyini müdafiə edən materiallar verir. "Axar.az" isə bu savaşda heç bir tərəf saxlamadan, xəbərlər hazırlayır və hər iki tərəfin açıqlamalarını təqdim edir.

Ona görə də sual yaranır: Nurçular öz yaydıqları və təbliğ etdikləri bir video-müraciətin "Axar.az"dan yığışdırılmasını niyə "Yutub"dan tələb edirlər? Əgər belə həssaslıq göstərirlərsə, niyə Samanyolu TV öz ölkələrində - Türkiyədə bu videonu əvvəlcə özlərinin, sonra da türk saytlarının səhifəsindən yığışdırmaqla bağlı cəhd göstərməyib?

Bir daha vurğulayaq ki, "Axar.az" olaraq hətta bu siyasi mübarizənin ən iyrənc formasını – nurçuların Baş nazir Ərdoğanın qardaşına aid gizli videonu yaymasını da təqdim etmişik. Ancaq Ərdoğan hakimiyyətindən də, AKP-yə bağlı media holdinqlərdən də bununla bağlı bircə irad da daxil olmayıb. Onlar öz şikayətlərini ilkin mənbələrə ediblər.

Zəruri olaraq vurğulayaq ki, fətullahçıların Türkiyədə cəmi bir, AKP-nin isə 10-dan artıq, həm də Fəza Qrupu ilə müqayisədə, daha geniş media şəbəkəsi mövcuddur.

"Axar.az" artıq Fəza Media Holdinqinə aid Samanyolu TV-yə izahat verməsi üçün müraciət edib.

Tarix
2013.12.23 / 12:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla