Yuxarı

“Reno” 150 mindən çox avtomobili geri çağırır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Reno” 150 mindən çox avtomobili geri çağırır

Fransanın məşhur avtomobil istehsalçısı “Reno” iki böyük texniki qüsur səbəbi ilə yüz minlərlə avtomobili geri çağırmağa qərar verib.

Axar.az xəbər verir ki, geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızması ilə bağlıdır. İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil “Reno Koleos” modelləri geri çağırılıb. “Reno” rəsmi olaraq 2 901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatına görə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkar edilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb ola bilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətirib çıxara bilər.

İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825 “Reno” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən 2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və plug-in hibrid modellərinə şamil ediləcək.

Ümumilikdə, 155 min 825 ədəd “Reno”nun “Klio 5”, “Kaptur 2”, “Arkana” və “Meqan 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli elektrik mühərrikində sızma probleminə görə yoxlamadan keçməlidir.

Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinin dəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.

Tarix
2025.08.11 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla