Yuxarı

Elektromobil sahiblərini gözləyən fantastik xərclər - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobil sahiblərini gözləyən fantastik xərclər - Video

Son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur. Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir.

Axar.az-ın Xəzər TV-yə istinadən məlumatın görə, sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir. Bu da elektromobil həvəskarlarında müxtəlif suallar yaradır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və bu kimi digər suallar.

Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə bildirib ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın dolmasını orta səviyyədə saxlamaq tövsiyə olunur.

O, əlavə edib ki, elektromobillər üçün batareyalar xaricdə istehsal olunduğundan, lazım olduqda oradan gətirilir. Müasir elektromobillər üçün batareyaları tək-tək dəyişmək olmadığından qiymətləri 8 500 manatla 34 min manat arası dəyişir.

Usta bildirib ki, hibrid və ya "plug-in" hibridlərdə batareya sistemi nisbətən ucuz olur. Eləcə də köhnə elektromobillərin batareyaları ucuz olduğu qədər də, gec tapılır.

Ətraflı süjetdə:

Tarix
2025.09.08 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla