Yuxarı

Çin dünya avtomobil bazarını işğal edir... - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin dünya avtomobil bazarını işğal edir... - Ekspert

Avtomobil sənayesi getdikcə daha da təkmilləşir. Əgər əvvəllər avtomobillər əsasən benzin və dizel yanacağı ilə işləyirdisə, indi elektrik mühərrikli və hibrid avtomobillər də istehsal olunur. Gələcəkdə isə daha fərqli modifikasiyalara malik nəqliyyat vasitələrini görəcəyik.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Çin avtomobillərinin keyfiyyəti və onların Avropa istehsalı modellərlə müqayisəsi barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, Çin avtomobillərinin postsovet ölkələrinin bazarına çıxması gözlənilən idi:

“Həmin ölkələrdə uzun müddət sovet və Rusiya istehsalı avtomobillər populyar idi. Sanksiyalar və Rusiya avtomobil sənayesindəki problemlərdən sonra həmin boşluğu Çin markaları doldurdu. İndi isə Çin maşınları təkcə postsovet məkanında deyil, bütün dünyada satılır”.

Cəfərov bildirib ki, son illərdə Çin istehsalçıları təhlükəsizlik və texnologiya sahəsində böyük irəliləyiş əldə ediblər:

“Artıq bir çox Çin avtomobilləri beynəlxalq qəza testlərindən yüksək bal toplayır və Avropa təhlükəsizlik standartlarına cavab verir. Alman avtomobilləri hələ də keyfiyyət və etibarlılıq baxımından liderdir, amma Çin markaları sürətlə bu səviyyəyə yaxınlaşır”.

Onun sözlərinə görə, bu proses sürücülərin seçimlərinə də təsir göstərir:

“Bəziləri Çin maşınlarına etibar edir, bəziləri isə ehtiyatla yanaşır. Lakin bazarın inkişafı göstərir ki, yaxın illərdə bu markalara olan inam daha da artacaq”.

Tarix
2025.09.10 / 09:08
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla