Yuxarı

95 oktanla işləyən maşına 92 yanacaq vurmaq olar?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
95 oktanla işləyən maşına 92 yanacaq vurmaq olar?

Bəzən sürücülər zavodun tələb etdiyi Aİ-95 markalı benzin əvəzinə, imkansızlıqdan 92 markalı benzin istifadə edir və mühərrikdə yaranan detonasiya probleminin qarşısını almaq üçün oktanartırıcı qatqılardan yararlanırlar. Bu üsul düzgün tətbiq olunduqda mühərrikə zərər vermir, əksinə, onun daha sabit və səssiz işləməsini təmin edir.

Bu sözləri Axar.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

“95 oktanla işləyən avtomobilə 92 oktanlı yanacaq tökəndə mühərrikdə detonasiya hiss olunur. Bunun əmələ gəlməməsi üçün əlavə qatqılardan və oktan artırıcılardan istifadə edilir. Əgər bu qatqılar düzgün miqdarda tətbiq edilərsə, mühərrikdə heç bir zərər yaranmır, katalizator da sıradan çıxmır. Detonasiyanın olmaması həm də mühərrikin daha sakit və normal işləməsinə, yüksək temperaturdan qorunmasına gətirib çıxarır”, - o bildirib.

Ağabəylinin sözlərinə görə, sürücülər bu üsulla həm mühərriki qoruyur, həm də müəyyən qədər - litrinə 50 qəpik - qənaət edirlər.

Tarix
2025.10.29 / 09:26
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla