Yuxarı

BYD-nin xalis mənfəəti 30%-dən çox azaldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BYD-nin xalis mənfəəti 30%-dən çox azaldı

Çinin BYD avtomobil nəhəngi cari ilin ilk doqquz ayının nəticələrini yekunlaşdırıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, nəticələr ürəkaçan olmayıb. Hesabat dövründə şirkətin ümumi gəlirinin 12.75% artaraq 566.27 milyard yuan (135.6 milyard manat) həddinə çatmasına baxmayaraq, xalis mənfəət xeyli azalaraq ümumən 23.33 milyard yuan (5.59 milyard manat) təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7.55% azdır.

Tənəzzül xüsusilə üçüncü rübdə qeydə alınıb: BYD şirkətinin xalis mənfəəti birdən-birə 30%-dən çox azalaraq 7.82 milyard yuana (1.87 milyard manat) düşüb, bu rüb ərzində gəlir isə 3.05% azalaraq 195 milyard yuan (46.7 milyard manat) səviyyəsində qərarlaşıb.

Şirkətin əsas istiqamətləri - elektromobillərin və hibridlərin (NEV) satışı da çətinliklərlə üzləşib. Üçüncü rübdə 1 114 192 belə avtomobil satılıb ki, bu da keçən illə müqayisədə 1.82% azdır. Bu göstərici əvvəlki rüblə müqayisədə 2.7% azalıb. Beləliklə, ümumi gəlirin artmasına baxmayaraq, Çin şirkəti mənfəətin, habelə ekoloji cəhətdən təmiz modellərə tələbatın azalması ilə üzləşib.

Tarix
2025.10.30 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla