Yuxarı

"Tesla"dan təchizatçılarına Çinlə bağlı tələb: Dayandırın!

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Tesla"dan təchizatçılarına Çinlə bağlı tələb: Dayandırın!

Amerikanın elektromobil istehsalçısı "Tesla" öz təchizatçılarından ABŞ-da avtomobil istehsalı zamanı Çində hazırlanan komplektləşdirici hissələrdən imtina etmələrinə dair göstəriş verib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" mənbələrinə istinadən məlumat yayıb.

"Tesla" ABŞ-da istehsal olunan avtomobillərində Çin istehsalı olan komplektləşdirici hissələrdən imtina edilməsini təchizatçılarından tələb edir ki, bu da ABŞ və Çin arasında dərinləşən geosiyasi gərginliyin nəticələrinin yeni nümunəsidir. Şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçməyi hədəfləyir", – xəbərdə qeyd olunub.

Mənbələrin məlumatına görə, "Tesla" bu ilin əvvəlində ABŞ-da istehsal olunan avtomobilləri üçün Çin təchizatçıları ilə əməkdaşlığı dayandırmaq qərarı verib. "Tesla" və onun təchizatçıları artıq bəzi Çin istehsalı hissələri digər ölkələrdə istehsal olunan detallar ilə əvəz ediblər. Qeyd olunub ki, şirkət ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək rüsumlar tətbiq etməsindən sonra Çin istehsalı olan hissələrdən imtina planlarının həyata keçirilməsini sürətləndirib.

Tarix
2025.11.15 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla