Yuxarı

Azərbaycanda maşın qiymətləri dəyişir - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda isə avtomobil bazarında həmin durğunluq yoxdur. Alıcılıq qabiliyyəti yüksəlib. Bu da bazara canlanma gətirib. May ayının sonlarından etibarən ölkənin avtomobil bazarlarında bahalaşma müşahidə olunur. Bahalaşma əsasən ikinci əl avtomobillərdə özünü büruzə verir.

Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, paytaxtın "Maşın bazarı"nda ikinci əl avtomobillərin qiymətində, ilin əvvəli ilə müqayisədə, 1000-2000 manat arası qiymət artımı var.

Bazara maşın gətirən vətəndaşları burada ilk olaraq alverçilər qarşılayır. Qapıda onlara əl işarəsi edib, saxlatdırır və avtomobilin vəziyyəti, qiyməti ilə maraqlanırlar. Əgər sərf edirsə, elə orada alıb, 1 həftə sonra baha qiymətə satırlar.

Bazarda addım atmağa yer yoxdur. Həm satan var, həm də alan... Satıcılardan birinə yaxınlaşıb, alıcı qismində satdığı maşınla maraqlandıq.

"Manatla, yoxsa dollarla satırsınız" sualı ilə başlayan dialoqumuz beləcə davam etdi: "Fərqi yoxdur. 7 min dollara verirəm. Manata çevirərik, nə olsa, onu manatla verərsiz. Maşın burada sürülməyib. Almaniyadan özüm gətirmişəm. Bu işlə məşğul oluram. Daha doğrusu, olurdum. Çünki artıq sərf etmir.

Açığı, bu maşın mənə 12 min dollara başa gəlib. Amma 7 minə satıram, ziyan etsəm də məcburam. Heç kim 12 min dollar pul verməz deyə, ucuz satıram".

Hazırda bazarda ucuz maşınlara tələbat daha çoxdur. Yanacağı az işlətsin, qənaətli olsun, xərci az çıxsın...

Bu tələblər üzrə maşın almağa çalışan Firdovsi Quliyev əməkdaşımıza bunları deyib: "Apreldə maşın almağa gəlmişdim. Gördüm bazar "ölür". Qiymətlər çox düşüb. Dedim ki, yəqin getdikcə daha da ucuzlaşacaq. Ona görə də gözlədim. Amma indi görürəm ki, vəziyyət dəyişib. Xaricdən maşın gətirənlər 70-80 faiz azaldığı üçün ölkə daxilində olan maşınlara tələbat artıb. İşlənmiş maşınlar ucuz idi, tələbata görə qiymətləri qaldırıblar. Çox adam tanıyıram ki, bahalı maşınını satıb, ucuz "Mersedes"ə keçib. Mən də eləsini axtarıram".

Uzun illərdir ki, maşın alveri ilə məşğul olan Səməd Qafarov qiymət artımının səbəblərini belə izah edir: "Maddi böhrana görə avtobazarlarda kreditləşməyə məhdudiyyətlər qoyulub. Artıq kreditlə təzə maşın almaq asan deyil. Xaricdən maşın gətirmək əvvəlki kimi sərf etmir. Bu da ili təzə və bahalı maşınların alğı-satqısını çətinləşdirib. Nəticədə ucuz və ili köhnə olan avtomobillərə tələbat çoxalıb. Aydın məsələdir ki, tələb artdıqca qiymətlər bahalaşmalıdır.

Qiyməti artıran alverçilər deyil. Dayanın, bazara öz şəxsi maşınını gətirənlərin dedikləri qiymətə baxın. Görəcəksiniz ki, çox baha deyirlər. 6 min qiyməti olan maşını 7 minə satmaq istəyirlər. Bilirlər ki, hazırda tələbat o qiymətə olan maşınlaradır, buna görə də istifadə edirlər. Onları da qınamıram. Bəzilərinin kredit borcu 2 dəfə artıb. Maşını satıb, borclarını ödəmək istəyirlər".

Bütün bunlara baxmayaraq, bazarda alıcı kifayət qədər idi. Ekspertlərin fikrincə isə qiymət artımı bir müddət davam edəcək.

Tarix
2016.07.31 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar İlham Əliyevi təbrik etdi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

MM-də təklif: Xocalı aeroportu yenidən fəaliyyətə başlasın

Pezeşkian İlham Əliyevə məktub göndərdi

MM-də müzakirə: Turandan sonra Elgünün qətli... - Deputatdan SOS

Daxili sabitlik olsa da, xaricdən müdaxilə cəhdləri… - Prezident

Prezident türk ölkələrinin DİN başçılarını qəbul etdi - Foto

İrəvan və Bakı arasında sülhə maraqlıyıq - Kavelaşvili

Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması: Rusiyanın planı...

Milli Məclisin plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla