Yuxarı

Yol polisi defislə bağlı bu mühüm suala aydınlıq gətirdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi defislə bağlı bu mühüm suala aydınlıq gətirdi

Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir.

Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, mövcud qaydalara əsasən, nömrə nişanlarının dəyişdirilməsi yalnız zədələnmə, deformasiya və ya oxunmazlıq kimi hallarda mümkündür:

"Bunun istisnasında - təkcə defis işarəsinə görə nömrənin yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur. Vətəndaşlardan xahiş olunur ki, yalnız defis işarəsinə görə nömrə dəyişdirmək üçün müraciət etməsinlər.

Sonda bir daha bildiririk: dövlət qeydiyyat nişanı hər hansı deformasiyaya məruz qalmayıbsa, onun dəyişdirilməsi həyata keçirilmir".

Qeyd edək ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.

Tarix
2025.11.21 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla