Yuxarı

Azərbaycanlıların ABŞ-da macəraları - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan bəzi azərbaycanlılar bu ölkədə sahib olduqları avtomobillərin üzərində qeyri-adi nömrə nişanları gəzdirirlər. Modern.az saytının məlumatına görə, ABŞ-da hər bir vətəndaş müəyyən məhdudiyyətlərlə istədiyi rəqəm və ya ifadəni öz avtomobilinin nömrə nişanı kimi yazdıra bilər.

ABŞ-da hər ştatda qeydiyyat və nömrələrin alınması prosesi müxtəlif olsa da, ümumilikdə bu qaydalar federal qanunlarla tənzimlənir.

ABŞ-ın Virciniya ştatındakıavtomobillərin qeydiyyatı prosesini barəıdə xəbər verən radionun məlumatında bildirilir ki, burada avtomobili qeydiyyatdan keçirmək cəmi bir neçə saat vaxt ala bilər. Avtomobillər qeydiyyata DMV kimi tanınan Mühərrikli Maşınlar Departamentində alınır. DMV ofisləri regional olaraq bir neçə yerdə fəaliyyət göstərir.

Ancaq avtomobili yeni alanlar üçün qeydiyyat üçün maşının texniki baxışdan və emissiya təhlükəsizliyindən keçməsi şərtdir. Virciniya ştatında demək olar ki, hər bir benzindoldurma məntəqəsində tekniki baxış xidməti təklif olunur. Qiyməti standart 16 dollardır.

Avtomobil bir illik texniki baxışdan keçir və məlumatlar mərkəzləşdirilmış sistemə göndərilir. Beləliklə Amerikanın hər bir yerində hər kəs sistemə daxil olaraq avtomobilin texniki baxışdan keçdiyi haqda məlumatı əldə edə bilər.

Təxminən yarım saat çəkən prosesdən sonra vətəndaş artıq qeydiyyat üçün yaxınlıqdakı DMV ofisinə gedə bilər. Burada maşın sahibi hamının gözü qarşısında masaya yaxınlaşıb, 4 faizlik alış vergisini və qeydiyyat ödənişini həyata kecirir: 10000 dollarlıq avtomobil üçün təxminən 450 dollar.

Nömrə nişanına gəldikdə vətəndaş bunu DMV ofisindən və ya internetdə "www.dmv.state.va.us" veb səhifəsindən daha rahat əldə edə bilər. Avtomobil sahibinə standart və ya xüsusi nömrə seçmək imkanı da verilir. Standart dövlət, xüsusi isə avtomobilin sahibi tərəfindən müəyyən edilir. Xüsusi nömrə maksimum 7 işarə və 1 boşluqdan ibarət ola bilər. Sifariş etməmişdən əvvəl vətəndaşın istədiyi nömrənin istifadədə olub-olmadığını yoxlamaq imkanı var.

Nömrələrin qiymətinə gəldikdə, bu da maraqlıdır. Xüsusu nömrələrin qiyməti nömrənin fon görüntüsündən asılı olaraq 10-25 dollar arasında dəyişir. Mürəkkəb quruluşa malik olmayan nömrələrin böyük əksəriyyəni 10 dollaradır. Nömrə təxminən 3 həftə ərzində ev ünvanına göndərilir.

Müşahidələr göstərir ki, xüsusilə son illər ABŞ-da azərbaycanlı mühacirlər xüsusi nömrələrdən yaralanaraq üzərinə "Bakı", "Qarabağ", "Yeraz" və bu kimi dogər sözlər yazılmış nömrə nişanlarından istifadə edirlər.

ABŞ-da yaşayan azərbaycanlıların avtomobillərinə məxsus bu maraqlı nömrə nişanlarının fotoşəkillərini təqdim edirik.(Modern.az)

Tarix
2014.03.01 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla