Yuxarı

DYP-dən sərxoş halda maşın sürənlərə xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sərxoş halda maşın sürənlərə xəbərdarlıq

Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

"Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir.

Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələr təkcə sürücünün deyil, eyni zamanda, digər yol hərəkəti iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir göstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz iz buraxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər bir vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət daşıyır.

"BDYPİ bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır", - müraciətdə qeyd olunub.

Tarix
2025.12.10 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla