Yuxarı

Feysbuk nömrələri oğurlayır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbuk nömrələri oğurlayır

İngiltərənin "San" qəzeti Feysbuku "nömrə oğurluğunda" ittiham edib.

Axar.az xəbər verir ki, qəzet sosial şəbəkəni istifadəçilərin telefon nömrələrini onların razılığı olmadan üçüncü tərəfə verməkdə günahlandırır.

Qəzet bəzi istifadəçilərin bu barədə şikayətləndiyini yazıb. Telefon nömrələrini Feysbuk ilə bölüşməyən istifadəçilər də öz telefonlarının profillərinə əlavə edildiyini aşkar ediblər.

Bu, onlarda Feysbukun nömrələri haradan aldığı barədə ciddi sual doğurub. İstifadəçilər hiddətlərini Tvitterdə paylaşmaqda davam ediblər.

Ey Feysbuk!

Bir istifadəçi yazır: "Ey Feysbuk, sən mənim telefon nömrəmi hardan almısan? Mən nömrəmi sənə verməmişəm. Lənətə gələsən, mənim telefonumu heç kəsə vermə!"

Başqa bir istifadəçi isə bu işdə hətta Quqlun barmağı olduğunu iddia edib.

Feysbuk məsələyə münasibət bildirərək heç bir istifadəçinin nömrəsinin oğurlanmadığını deyib:

"Biz sizdən öz nömrənizi əlavə etməyinizi istəyəndə, görürsünüz ki, nömrə avtomatik olaraq ekrana çıxır. Ola bilsin ki, nömrə sizin telefonunuzda və planşetinizdə olub. O da ola da bilər ki, siz öz nömrənizi bizə keçmişlərdə versəniz də təsdiqləməmisiniz".

Tarix
2016.08.11 / 00:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla