Yuxarı

DYP reyd keçirdi: 25 sürücü cərimələndi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP reyd keçirdi: 25 sürücü cərimələndi

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

APA-nın xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən şəhərin bir neçə küçəsində keçirilən tədbir zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin arxa və yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 20-yə yaxın polis əməkdaşının iştirakı ilə keçirilən reyd zamanı 70-dən çox avtomobil saxlanılıb, yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib. Müxtəlif qayda pozuntularına görə ümumilikdə 25 sürücü barəsində inzibati tədbir görülüb.

Qeyd olunub ki, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Tarix
2016.08.13 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla