Yuxarı

Bu avtomobillər hər an alışa bilər - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobillər hər an alışa bilər - Ekspert

Son günlər elektrik mühərrikli avtomobillər qəfl yanır. Bu avtomobillərdə akkumulyatorun yanma riski insanları narahat edir. Bəs buna səbəb nədir?

Axar.az Milli.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı avtomobil mütəxəssisi Elgün Xıdırov açıqlama verib.

O sözlərinə görə, müasir hibrid istehsalçıları batereyaları izolyası edirlər, amma izolyasiyanı yaxşı, ya pis edən istehsalçılar var:

"Yaxşı izolyasiya olunmadığı tədqirdə yanğın baş verə bilər. Həmçinin batereyaların yay aylarında soyuma, qış aylarında isinmə sistemləri var. Bu sistemlər keyfiyyətsiz olduqda yanğının baş verməsi qaçılmazdır. Batereyanın soyuma sisteminə düzgün olmayan müdaxilə onların normal soyumasını artıq problemli edir. Batereyalar isə qızmadan alışa bilər. İzolyasiya pozularsa, oksidləşmədən də alışa bilər".

Mütəxəssis qeyd edib ki, elektrik mühərrikli avtomobillər digər səbəblərdən də alışa bilər:

"Bəzi nəqliyyat vasitələrinə əlavə işıqlandırma sistemləri və müxtəlif elektron qurğular qoşulur. Bu avadanlıqlar əksər hallarda ixtisaslı olmayan şəxslər tərəfindən servis mərkəzlərində və ya mağazalarda quraşdırılır. Bu isə avtomobilin elektrik şəbəkəsinə artıq yük düşməsinə, qısaqapanmaların yaranmasına və nəticədə yanğın təhlükəsinin artmasına səbəb olur".

Tarix
2026.01.16 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla