Yuxarı

2014-ə möhürünü vuracaq avtomobillər - Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Önümüzdəki həftə İsveçrənin Cenevrə şəhərində başlayacaq Avtomobil Sərgisində "Ferrari", "Lamborhgini", "Mclaren" kimi bir çox məşhur marka yeni modelləri ilə görüntülənəcək .

"Axar.az" sərgilənəcək 10 avtomobil haqda məlumatı təqdim edir:

"McLaren's 650S Coupe"

Avtomobilin 100 km sürətlənməsi 3 saniyə, 200 kilometrə sürətlənməsi 8.4 saniyə ərzində baş verir. Bu göstərici ən sürətli idman avtomobili olan "Mclaren F1"in göstəricisindən daha yüksəkdir.

"Ferrari Kaliforniya T"

Son illərdə tam məhsuldar və performansı yüksək sayılan İtalyanın avtomobil nəhəngi 80-ci ildən bəri ilk dəfə turboşarjlı mühərriklə təchiz edilən modelinin təqdimatını planlaşdırır. Yeni "Californiya T" 100-də 15 daha az yanacaq sərfiyyatı ilə digər modellərdən fərqlənir.

"Citroen C1 Swiss & Me"

Üzərində İsveçrə bayrağının naxışları olan Fransa avtomobil nəhənginin xüsusi istehsalı "Citroen C1 Swiss & Me" şəhər gəzintisini daha əyləncəli hala gətirmək üçün istehsal edilib.

"Bentley GT Speed Convertible"

Məşhur avtomobil markası "Bentley" də Cenevre sərgisində iştirak edəcək. 6 litrlik W12 mühərrikli "Bentley GT Speed Convertible" 326 kilometrə qədər sürətlənə bilir.

"Koenigsegg Ona: 1"

Dünyanın ən sürətli avtomobili "Koenigsegg Ona: 1" saatda 440 km sürətə yüksəlmə gücünə sahibdir. 1340 at gücünə malik olan avtomobilin ağırlığı 1,3490 kq-dır.

"Yaquar XFR-S"

"Yaquar"ın öncəki sedan modelinə görə daha çox performans sərgiləyən "station vagon" versiyası geniş baqaj ölçüsü ilə digərindən fərqlənir.

"Vauxhall Astra VXR EXTREME"

"Astra VXR EXTREME" modeli sərgidə ən yeni markanın ən yeni məhsulu olaraq təqdim ediləcək. Məşhur alman avtomobili "Opel" İngiltərədə "Vauxhall" adıyla istehsal edilir.

"Volkswagen GOLF GTE"

Volkswagenin keçdiyimiz ilə damğasını vuran modeli yeni Golf Cenevre Sərgisində yeni hibrit motorlu GOLF GTE ilə qarşımıza çıxacaq.

"Aston Martın V8 Vantage N430"

İngilislərin məşhur idman avtomobili "Aston Martın" yeni modelini Cenevredə təqdim edəcək. "V8 Vantage N430" 100 kilometr sürətə 4.6 saniyədə yüksələ bilir.

"Aston Martın DB9"

"Aston Martın"in Cenevredə təqdim edəcəyi başqa bir modeli isə "DB9"-dur. Avtomobilin qara-karbon rənglə böyük diqqət çəkəcəyi gözlənilir.

Tarix
2014.03.04 / 01:12
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla