Yuxarı

BMV yüz minlərlə avtomobili geri çağırır - Səbəb

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMV yüz minlərlə avtomobili geri çağırır - Səbəb

BMV yanğın təhlükəsinə görə dünyada yüz minlərlə avtomobili geri çağırır.

Axar.az “Şpiqel”ə istinadən xəbər verir ki, yoxlamalar zamanı çoxsaylı startlardan sonra maqnit açarının bəzən ciddi şəkildə aşınmadığı müəyyən edilib. Bunun nəticəsində avtomobilin daha çətin işə düşməsi, bəzi hallarda isə ümumiyyətlə işə düşə bilməyəcəyi qeyd olunub. Bundan əlavə, starterdə həddindən artıq qızmaya səbəb ola biləcək qısaqapanma ehtimalı istisna edilmir.

Bəzi məlumatlara görə, geriçağırılmanın 575 min avtomobili əhatə etdiyi bildirilsə də, bu, şirkət tərəfindən rəsmən təsdiqlənməyib. Lakin geriçağırılmanın Almaniyada 28,6 minə yaxın avtomobili əhatə edəcəyi bildirilir.

Məlumata əsasən, bu nöqsan BMV-nin 2 seriyasından kupe, 3 seriyasının bir neçə variantı, 4 seriyası, 5 seriyası, 6 seriyasından “Qran Turismo”, 7 seriyasından sedan, X4, X5, X6 və Z4 modellərində aşkarlanıb.

Risk qrupuna 2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal edilmiş starter relesinə sahib avtomobillər daxildir. Lakin avtomobillərin daşınma müddətləri fərqli ola biləcəyindən istehsal dövrünü dəqiq müəyyənləşdirmək mümkün deyil. Bundan başqa, sonradan təmir zamanı qüsurlu starterin quraşdırıldığı avtomobillərdə də bu problem aşkarlana bilər.

Tarix
2026.02.11 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla