Yuxarı

KASKO varsa, əzilmiş detal yenisi ilə əvəz olunmalıdır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
KASKO varsa, əzilmiş detal yenisi ilə əvəz olunmalıdır?

Sosial şəbəkələrdə vətəndaşın KASKO sığortası ola-ola avtomobilini təmir etdirə bilməməsi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, avtomobil rəsmi servisdə olsa da, sığorta şirkəti ödənişi həyata keçirmədiyi üçün maşın uzun müddətdir servisdə qalır.

İddiaçı avtomobilinin yeni olduğu üçün bəzi zədələnmiş detalların təmir edilməsini deyil, yenisi ilə əvəz olunmasını tələb edib. Sığorta şirkəti isə açıqlamasında avtomobilin təmirə yararlı hissələrinin dəyişdirilməsinin nəzərdə tutulmadığını, yalnız təmir xərclərinin qarşılandığını bildirib.

Məsələ ilə bağlı sığorta eksperti Vüsal Bədəlov Axar.az-a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən sığorta hadisəsi baş verdikdən sonra (istər icbari, istərsə də KASKO üzrə) zərər hadisəsi maksimum yeddi iş günü ərzində qiymətləndirilməlidir:

“Qiymətləndirmə aparıldıqdan sonra vətəndaş tələb olunan sənədləri təqdim edir. Son sənəd təqdim edildikdən sonra isə sığorta şirkəti yeddi iş günü ərzində ödənişi həyata keçirməlidir. Əgər sənəd təqdim olunduqdan sonra ödəniş edilməzsə, gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1 faizi həcmində cərimə hesablanır. Vətəndaş həmin cəriməni sığorta şirkətindən tələb etmək hüququna malikdir.

Təmir prosesi isə ayrıca məsələdir və bu mərhələ servis ilə müştəri arasında bağlanmış akt əsasında tənzimlənir. Təmir servisi işin neçə günə və hansı formada icra olunacağını öz öhdəsinə götürür. Əgər təmir prosesi ilə bağlı problem yaranarsa, bu artıq vətəndaşla servis arasında hüquqi mübahisə predmeti ola bilər.

Qanunvericiliyə əsasən təmirə yararlı detallar dəyişdirilmir və rəsmi servis tərəfindən bərpa olunur. Bəzi hallarda, xüsusilə alüminium detallara malik avtomobillərdə (məsələn, “Mersedes” markalı nəqliyyat vasitələrində) servis detalları təmir etməyərək, dəyişdirilməsini tələb edə bilər. Bu halda sığorta şirkəti servisi detalı mütləq təmir etməyə məcbur edə bilməz”.

V.Bədəlov vətəndaşlara tövsiyə edib ki, qanun pozuntusu olduğunu düşündükləri halda sığorta şirkətlərinin fəaliyyətinə nəzarət edən qurum – Mərkəzi Banka müraciət etsinlər. Mərkəzi Bankın cavabına uyğun olaraq hüquqi addımlar atmaq mümkündür.

Tarix
2026.02.12 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla