Yuxarı

Azərbaycanın avtomobil bazarında kəskin dönüş - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın avtomobil bazarında kəskin dönüş - Video

Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömrük Terminalının dayanacağı indi sözün həqiqi mənasında boş qalıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən ilin sonunadək davam edən böyük "idxal bumu" artıq yerini sükuta verib. Bu kəskin dəyişikliyin əsas səbəbi 2026-cı ildən etibarən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin müddətinin başa çatmasıdır.

Hazırda nəinki fərdi alıcılar, hətta iri avtomobil dilerləri belə ölkəyə yeni nəqliyyat vasitələri gətirməyə tələsmirlər. İqtisadçılar bildirirlər ki, bu boşluq gözlənilən idi. Çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar sanki növbəti bir neçə ilin tələbatını qısa müddətdə qarşılamağa çalışıblar.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, 2025-ci ilin sonunda bitən "güzəşt bumu" bazarda süni doyma yaradıb:

"Yeni maşınlar üçün vergi güzəştlərinin ləğvi alıcıların marağını yenidən alternativlərə yönəldir. Əgər əvvəllər hamı daha yeni və hibrid modellərə üstünlük verirdisə, indi ikinci əl bazarında canlanma proqnozlaşdırılır. Bu isə öz növbəsində qiymətlərə də təsirsiz ötüşmür".

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov da idxalın azalmasının müxtəlif səbəblərinin olduğunu bildirib. Ekspertlərin ümumi rəyinə görə, 2026-cı il həm alıcılar, həm də satıcılar üçün bir növ "adaptasiya dövrü" kimi yadda qalacaq. Mövcud durğunluğun müvəqqəti olduğu və 2027-ci ildən etibarən idxal rəqəmlərinin yenidən stabilləşəcəyi gözlənilir.

Tarix
2026.02.16 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla