Yuxarı

Azərbaycanda avtomobillər bahalaşa bilər - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda avtomobillər bahalaşa bilər - Video

Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb.

2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm 2 milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı artım həm tıxacların çoxalmasına, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də hökumət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər Gürcüstanda daxili qeydiyyatla bağlı məhdudiyyətlər tətbiq olunarsa, iri avtomobil alıcıları alış prosesində daha ehtiyatlı davranacaqlar. Bu isə xüsusilə 6-10 il arası avtomobillər üzrə qısamüddətli təklifin azalmasına səbəb ola, qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.

Ekspertin sözlərinə görə, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Həmin il ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. O qeyd edib ki, ötən ilin sonundan etibarən yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarıb.

Tarix
2026.02.17 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla