Yuxarı

Smartfonların qızıl dövrü sona çatdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Smartfonların qızıl dövrü sona çatdı

Smartfon bazarının artım tempinin 2016-cı ildə 1,6% təşkil edəcəyi gözlənilir ki, bu da indiyədək müşahidə olunan ən aşağı göstəricidir.

Report xəbər verir ki, bu barədə məlumat ABŞ-ın texnologiya şirkətləri və bazarlarını araşdırma şirkəti "İDC" tərəfindən verilib. "İDC"-ə görə 2015-ci ildə smartfon bazarında artım 10,6% təşkil edib. Hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə smartfonlara tələb 2016-cı ildə 0,2% azaldığı ehtimal edildiyi halda, inkişaf etməkdə olan ölkələrdə tələb 5,4% artım göstərəcək. Şirkətin analitikləri bildirir ki, istehlakçılar artıq "köhnə" telefonlarını "yeni"ləri ilə əvəz etməyə cəhd göstərmirlər, onlar əllərində olan modellərlə kifayətlənirlər.

Tələbin azalması "Apple" kimi nəhəng şirkəti yeni proqramlar irəli sürməyə vadar edib. Belə ki "Apple", istehlakçıları bir dəfədə böyük həcmdə ödəmə etməkdən azad etmək üçün aylıq sabit 32 ABŞ dolları ödəməklə hər il IPhone modelini dəyişmək imkanı yaradıb.

"IDC"-nin hesabatına əsasən smartfon platformalarının bazar payında önəmli dəyişiklik gözlənilmir. "Android" platformasının bazar payı bir qədər artaraq 85,3%-ə, "İOS" isə azalaraq 13,9%-ə çatacaq. "Windows Phone" platformasının isə bazar payı 75,2% azalaraq 0,5%-ə enəcək.

"IDC" expertləri virtual reallıq texnologiyaları olan "Samsung Gear VR" və Google Daydream" sayəsində ekranı 5,5 düymdən yuxarı olan smartfonlara (Phablet) tələbin artacağını proqnozlaşdırıb. Şirkət, 2020-ci ilə qədər phabletlərin bazar payının 25%-dən 33%-ə yüksələcəyini ehtimal edib.

Tarix
2016.09.06 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

TDT-nin ilk peyki bu tarixdə buraxılacaq

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla