Yuxarı

Avtomobillərin icbari sığortası qaydası dəyişdirilir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobillərin icbari sığortası qaydası dəyişdirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydalarında dəyişikliklər edib.

Axar.az xəbər verir ki, müvafiq qərar AMB İdarə Heyəti tərəfindən 1 aprel 2026-cı il tarixində qəbul olunub.

Qərara əsasən, əvvəl tətbiq olunan Bonus-Malus (BM) sistemi əvəzlənərək “sığorta tarixçəsi əmsalı” mexanizmi tətbiq edilir. Yeni yanaşmaya görə, sığorta haqqının hesablanması artıq sığortalının əvvəlki sığorta tarixçəsi və təqsirli hadisələri əsasında müəyyən olunacaq.

Dəyişikliklərə əsasən, sığorta tarixçəsi əmsalı minimum 0.60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Əmsal hər bir şəxs üzrə ayrıca formalaşacaq və müxtəlif nəqliyyat vasitələri üzrə fərqli tətbiq oluna biləcək.

Yeni qaydalara görə, fiziki şəxslər üçün sığorta müqaviləsi bağlanarkən nəqliyyat vasitəsinin sahibləri arasında ən yüksək sığorta tarixçəsi əmsalına malik olan şəxsin göstəricisi əsas götürüləcək. Bununla yanaşı, son bir ay ərzində nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də hesablamada nəzərə alınacaq.

Qərarda həmçinin göstərilir ki, hüquqi şəxslər üçün (taksi fəaliyyəti istisna olmaqla) sığorta tarixçəsi əmsalı 1 səviyyəsində müəyyən edilir və bu əmsala əlavə və ya güzəşt tətbiq olunmur.

Sənədə əsasən, qəzasız sığorta tarixçəsi olan şəxslər üçün hər dəfə 5% güzəşt tətbiq ediləcək. Əksinə, təqsirli sığorta hadisəsi baş verdikdə hər hadisə üzrə sığorta tarixçəsi əmsalına 30% əlavə ediləcək.

Eyni zamanda, nəqliyyat vasitəsinin sahiblərinin sayından asılı olaraq tətbiq edilən əmsallar da yenilənib. Belə ki, sahiblərin sayı 4 və ya daha az olduqda əmsal 1, 5 və ya daha çox olduqda isə 1.15 müəyyən edilib.

Qərara əsasən, əvvəlki sistem üzrə formalaşmış Bonus-Malus göstəriciləri yeni mexanizmə inteqrasiya olunacaq və keçid dövründə sığorta tarixçəsi əmsalı kimi tətbiq ediləcək.

Qeyd edək ki, dəyişikliklər qərarın dərc edildiyi tarixdən 2 ay sonra qüvvəyə minəcək.

Tarix
2026.04.21 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla