Ayfon-7-nin (iPhone 7) təqdimat mərasimi sentyabrın 9-da
ABŞ-ın San Fransisko ştatında baş tutub.
Yeni smartfonlar "IPx7" standartı ilə toz və nəmdən mühafizə
olunur və suyun altında yarım saata qədər qala bilir. SİM-kartdakı
rezin təbəqə bunu sübut edir.
Telefonun fotolarında iki moduldan ibarət yeni işıq diodu da
görünür. Yenilənmiş "True Tone" texnologiyası sayəsində kifayət
qədər işıqlandırma olmayan məkanlarda daha dəqiq balans əldə etmək
mümkün olacaq.
Yeni fotolar başqa bir informasiyanı da təsdiqləyir: Ayfon-7 4K
formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk
smartfondur.
Ayfon-7 modeli demək olar ki, Ayfon 6 ilə eyni görünüşə
malikdir. Əsas fərqi isə nisbətən sadə dizaynı və arxasında olan
antena xətlərinin yoxa çıxmasıdır.
Sadəcə, böyük Ayfon-7 modelində gözlənilən bu kamera ilə siz
böyüdülmüş şəkil imkanı əldə edirsiniz. Bəzi rəqiblər tərəfindən
istifadə olunan bu xüsusiyyətlə çəkilən şəkillərdə dəqiqliyi
artırmaq mümkün ola bilər. Standart ölçülü Ayfon-7 modelində əlavə
kamera olmasa da, kamera xüsusiyyətlərində bir sıra yeniliklər
var.
Ən çox gözlənilən və arzu olunan yeniliklərdən olan daxili
yaddaş dəyişikliyi çoxlarını sevindirir.
Baku.vs-nın
verdiyi xəbərə görə, Əplın yeni telefonlarının qiymətləri fərqlidir
və aşağıdakı kimidir:
Ayfon-7 32 GB - $ 1250 (2046 AZN)
Ayfon-7 128 GB - $ 1500 (2455 AZN)
Ayfon-7 256 GB - $ 1750 (2864 AZN)
Ayfon-7 Plus 32 GB - $ 1550 (2537 AZN)
Ayfon-7 Plus 128 GB - $ 1700 (2782 AZN)
Ayfon-7 Plus 256 GB - $ 1800 (2946 AZN)
Əməkdaşımız şəhərdəki mobil telefon mağazalarında yeni Ayfon
telefonlarının satışı ilə maraqlanıb. "İrşad Telecom"dan
Yeni
Müsavat-a bildirilib ki, hələlik onlarda satışda Ayfon
yoxdur. Bu ayın sonlarında yeni buraxılışın satışına
başlanacaq.
"NLT Telecom"da isə yeni Ayfon 1999 AZN məbləğinə satılır.
Satıcı bildirib ki, ancaq sifarişlə bu telefondan gətirirlər, həm
də bir neçə saata: "Dünən satış qiyməti 2046 manat idi, bu gün 1999
manata düşüb".
Bu arada mühüm bir detalı da bölüşək. Ayfon 7 "home" düyməsi
müəyyən vəziyyətlərdə işləməyəcək. Ağıllı telefonların ən böyük
çətinliklərindən biri qış aylarında əlcəklə istifadə oluna
bilməsidir. İnkişaf edən texnologiyayla birlikdə bir çox ağıllı
telefon istehsalçıları cihazları üçün əlcək rejimi (nümunə Huavey)
gətirdilər.
Əpl yeni qurğularındakı "home" düyməsini götürüb, özünə aid bir
texnologiyayla çıxarılan (Taptic Engine) düyməsindən istifadə
edəcək. Ayfon-7-nin ən fərqli xüsusiyyətlərindən biri də bu yeni
"home" düyməsidir. Əlcək geydiyimiz zaman dərimiz tamamilə bağlı
vəziyyətdə olacağı üçün "home" düyməsi və bu səbəbdən "Touch ID"
tamamilə istifadəsiz olacaq.
Ayfon-7 və Ayfon-7 Plus smartfonlarının ilk alıcıları qeyri-adi
problemlər ilə qarşılaşıblar.
Belə ki, yüksək gərginlik zamanı cihazlardan qəribə səslər
gəlir. DetroitBORG və 512 Pixels adlı Yutub kanallarının
müəllifləri həmin problemin təsviri baxımından video paylaşıblar.
Problem isə "HissGate" adlandırılıb.
"512 Pixels" kanalının yaradıcısı Stiven Hakett bildirib ki, Əpl
şirkətinin artıq problemdən xəbəri var. Çox güman ki, sözügedən
problem istehsal olunmuş müəyyən tiraj cihazlarda yaşanır. Qəribə
səslər çıxardan smartfonları 5-7 gün ərzində problemsiz digər
cihazlar ilə əvəz etmək olar. Əpl isə rəsmi olaraq bu barədə heç
bir fikir bildirməyib.