Yuxarı

Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir

İyunun 6-da Bakıda "Classics & Supercars" festivalı başlayıb.

Axar.az xəbər verir ki, iki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.

İki gün ərzində Bakı bulvarında klassik, superkar və idman avtomobilləri nümayiş olunacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunur.

Festivalda sərgilənən klassik avtomobillər 1986-cı ilədək istehsal olunan nəqliyyat vasitələridir. Klassik avtomobillər avtomobil sənayesinin tarixini və inkişaf mərhələlərini özündə əks etdirən nadir nəqliyyat vasitələridir. Onlar özünəməxsus dizaynı və dövrünün mühəndislik nailiyyətləri ilə seçilirlər. Bu avtomobillər kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən böyük maraqla qorunur, bərpa edilir və nümayiş olunur. Hər bir klassik avtomobil öz dövrünün tarixini yaşadır.

Festivalda retro avtomobillərlə yanaşı güclü mühərrik və müasir texnologiyalarla seçilən müxtəlif növ idman avtomobilləri və superkarlar da təqdim edilir.

Beləliklə, festivala gələn ziyarətçilər istər yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillər, istərsə də öz tarixi və zərifliyi ilə dəyər qazanan retro nəqliyyat vasitələri ilə bir məkanda tanış olmaq imkanı qazanırlar. Avtomobil sənayesinin inkişafını və müxtəlif dövrlərin ruhunu əks etdirən həmin avtomobillərin hər biri özünəməxsus xüsusiyyətləri ilə ziyarətçilərdə maraq yaradır.

Səhər saat 11-də başlayan sərgi iyunun 6-da axşam saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.

Tarix
2026.06.06 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla