Yuxarı

Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəbi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəbi

Son illərdə elektromobillərin sürətlə yayılması ilə yanaşı, bəzi sürücülər və sərnişinlər arasında bu avtomobillərdə yaranan narahatlığın elektromaqnit şüalanma ilə əlaqəli olub-olmaması barədə suallar da artır.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, mütəxəssislər elektromobillərdə mövcud olan elektromaqnit sahələrinin beynəlxalq təhlükəsizlik standartları çərçivəsində saxlanıldığını və onların insan sağlamlığına zərər verdiyini təsdiqləyən etibarlı elmi sübutların olmadığını bildirirlər.

Ekspertlərin sözlərinə görə, bəzi sərnişinlərdə müşahidə olunan ürəkbulanma və ya narahatlıq hissi daha çox avtomobilin səssiz işləməsi, ani sürətlənməsi və hərəkət xüsusiyyətləri ilə bağlıdır. Bu zaman beyin, göz və daxili qulaqdan gələn siqnallar arasında uyğunsuzluq yarana bilər ki, bu da hərəkət xəstəliyinə bənzər əlamətlərə səbəb olur.

Araşdırmalar göstərir ki, elektromobillərdə yaranan elektromaqnit sahələri gündəlik istifadə olunan bir çox elektron cihazın yaratdığı səviyyələrlə müqayisə edilə bilən həddədir və normativ limitlər daxilindədir.

Mütəxəssislər qeyd edirlər ki, elektromobillərlə bağlı sağlamlıq narahatlıqları barədə yayılan məlumatların bir hissəsi elmi faktlarla təsdiqlənmir və bu mövzuda etibarlı mənbələrə istinad etmək vacibdir.

Tarix
2026.06.09 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla