Yuxarı

Diananın mindiyi avtomobil rekord qiymətə satıldı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diananın mindiyi avtomobil rekord qiymətə satıldı - Foto

Uelsin mərhum şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt-sterlinqə satılıb.

Axar.az BBC-yə istinadla xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana o zamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı. Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu.

Həmin gün Diananı tədbirə aparan "Yaguar XJ40" markalı avtomobil 30 ildən artıq müddətdən sonra Cənubi Oksfordşirdə keçirilən hərracda satılıb. Hərracı təşkil edən “Market” şirkətinin məlumatına görə, avtomobil Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb. Bildirilib ki, satış qiyməti avtomobilin ilkin dəyərindən 16 dəfə yüksək olub və bu, “Yaguar XJ” modeli üçün yeni rekord hesab edilir.

Məhz bu avtomobil Şahzadə Diananın sonradan media tərəfindən “qisas paltarı” adlandırılan məşhur görünüşünün fonunda yer alıb. Qara ipək və şifondan hazırlanmış paltar şahzadənin ən yaddaqalan obrazlarından biri kimi tarixə düşüb.

Tarix
2026.06.09 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla