Yuxarı

Özbəkistan ölkəmizdə bu avtomobillərin istehsalına başlayır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan ölkəmizdə bu avtomobillərin istehsalına başlayır

Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.

Axar.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

Ümumi dəyəri 84,3 milyon ABŞ dolları olan bu layihə "Azermash CP" və "Uzavtosanoat" SC şirkətləri tərəfindən həyata keçirilir.

"Artıq əsas hazırlıq işləri başa çatdırılıb: təchizatçılar müəyyən edilib, texnoloji avadanlıqların və istehsal xətlərinin sifarişi verilib", - o deyib və əlavə edib ki, yeni istehsal kompleksində, xüsusən də, "Chevrolet Cobalt" modelinin istehsalı təşkil olunacaq.

X.Teşabayev qeyd edib ki, müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır. Bundan sonra istehsal iriqovşaqlı yığımdan tam sənaye dövriyyəsinə keçəcək, bu da istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa və avtomobil çeşidlərinin genişləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye kooperasiyasının ən uğurlu nümunələrindən biridir:

"2022-ci ildə "Şevrolet" avtomobillərinin və "İsuzu" avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Hazırda layihənin növbəti mərhələsinə – tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir. İkinci mərhələnin əsas vəzifələrindən biri istehsalın lokallaşdırma səviyyəsinin mərhələli şəkildə artırılmasıdır. Azərbaycanda istehsal olunan komponentlərin istifadəsinin genişləndirilməsi, yerli təchizatçılar şəbəkəsinin yaradılması və daha mürəkkəb texnoloji proseslərin mənimsənilməsi nəzərdə tutulur. Bu, ölkə daxilində yaradılan əlavə dəyərin artırılmasına, əlaqəli sənaye sahələrinin inkişafına və müasir avtomobil istehsalı ekosisteminin formalaşdırılmasına töhfə verəcək".

Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə 9 mindən çox avtomobil yığılıb.

Tarix
2026.07.07 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla