Yuxarı

Ayfon-7-də problem yarandı - Şikayət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayfon-7-də problem yarandı - Şikayət

Yeni Ayfon-7 və Ayfon-7 Plus smartfonlarının sahibləri kütləvi olaraq eyni problemdən şikayət edirlər.

Lent.az-ın məlumatına görə, onların smartfonları cihazın oğurlanmasını mühafizə etmək üçün istifadə olunan "Activation Lock" mexanizminə görə bloka düşür.

Qarşılaşdıqları bu problemləri istifadəçilər sosial şəbəkədə də ictimailəşdirirlər. Onlar iddia edir ki, bu mexanizmdən istifadə etmək, sadəcə, mümkün deyil. Yeni cihazın sahiblərindən biri bildirib ki, onun "Ayfon"u alındıqdan dərhal sonra "icloud.com" saytından "Əpl ID" şifrəsini daxil etməyi tələb edib, sanki bu smartfondan kimsə istifadə edib. Şirkətin dəstək mərkəzindən bildiriblər ki, bu vəziyyətdə Ayfon-7 sahibinə ancaq telefonu dəyişmək qalır.

Cihazda artıq kimsə qeydiyyatdan keçdiyindən, istifadəçilər onu öz adına uyğunlaşdıra bilmirlər. Söz düşmüşkən, analoji problem "Ayfon" smartfonlarının daha əvvəlki 6S və 6S Plus modellərinə də aid olub. Bir il öncə aktivləşdirilən cihazların parametrləri sıfırlandıqda belə cihazlar işləmir.

Şirkət rəsmiləri bununla bağlı heç bir rəsmi şərh verməyiblər. Hələlik məlum olan odur ki, bütün zərərçəkənlər öz cihazlarını "Əpl"in xidmət mərkəzinə apara bilərlər. Orada şirkət əməkdaşları alınmış modelin çeki olduğu halda, onların telefonlarını blokdan çıxaracaqlar.

Çətinliklərlə üzləşən bəzi istifadəçilər bildiriblər ki, "Əpl" əməkdaşları yeni telefonları aktivləşdirməyə kömək ediblər. Digər alıcılar isə öz smartfonlarını yenisi ilə əvəz etməli olublar.

Tarix
2016.10.07 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla