Yuxarı

Erməni avtoş qız polisi ələ saldı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni avtoş qız polisi ələ saldı - Video

Moskvada "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun (milliyyətcə tatardır) oğlu Ruslan Şamsuvarov ilə avtoşluq edən 22 yaşlı erməni Mara Baqdasaryan yenidən Moskva küçələrinə çıxıb və yol hərəkət qaydalarını kobud şəkildə pozmaqda davam edir.

A24.az xəbər verir ki, bir neçə ay bundan əvvəl təcridxanadan azadlığa çıxan Baqdasaryanın cərimələri 250 min rublu keçib.

Artıq gənc qız haqqında cinayət işi açılıb. Mara Baqdasaryan özünü "prokuror qızı" kimi təqdim edir. Lakin əslində o, ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun balansında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib.

Onun idarə etdiyi BMV X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və "Renc Rover"lə toqquşub. Toqquşma o qədər güclü olub ki, BMV-nin içərisindəkilər avtomobilin qabaq şüşəsindən çıxaraq onlarla metr havada uçublar. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır.

Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib. Sonuncu avtoxuliqanlıq əməlinin 3 iştirakçısı barədə inzibati həbs qərarları verilsə də, erməni qızı yenə də azadlıqdadır və bu dəfə patrul polisi ilə saatda 120 kilometr sürətlə "məzələnir".

Tarix
2016.10.08 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla