Yuxarı

Arzu Əliyeva və yoldaşı yarışda - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arzu Əliyeva və yoldaşı yarışda - Foto

Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "Red Bull Soapbox" yarışı keçirilib. Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.

Axar.az xəbər verir ki, yarışın qalibi adına "Angry Birds" komandası layiq görülüb. "Aviators" komandası ikinci, "Bull & Co" isə üçüncü yeri tutub.

Yarışmanın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxil idi. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.

"Red Bull Soapbox" yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.

İlk "Red Bull Soapbox" yarışı 2000-ci ildə Belçikada təşkil edilib. O vaxtdan bəri bu yarış dünyanı fəth edərək 100-dən çox ölkədə keçirilib və böyük tamaşaçı rəğbəti qazanıb.

Tarix
2016.10.09 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla