Yuxarı

Cəmi bir ədəd istehsal edildi: 40 milyon dollara satıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmi bir ədəd istehsal edildi: 40 milyon dollara satıldı

ABŞ-ın Kaliforniya ştatında keçirilən “Sotheby”s hərracında tam elektriklə çalışan Ferrari avtomobili ilk dəfə satışa çıxarılıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, avtomobil rekord qiymətə - 40 milyon dollara satılıb.

“Chassis 0” adlandırılan eksklüziv avtomobil 40 milyon dollara alınıb.

Bu məbləğ hərracda satılan yeni avtomobil üçün indiyədək qeydə alınan ən yüksək qiymət olub.

Dünyada yalnız bir ədəd olan avtomobil Ferrarinin “Tailor Made” proqramı çərçivəsində Əpl şirkətinin keçmiş baş dizayneri Coni Ayv tərəfindən yaradılan “LoveFrom” studiyası ilə birgə hazırlanıb. Dörd qapılı “Luce” 1000 at gücündən çox gücə malik elektrik mühərriki ilə təchiz edilib. Model Ferrari-nin daxiliyanma mühərriklərindən elektrik avtomobillərinə keçidini simvolizə edir.

“Luce”nin kuzovu işıqlandırmadan asılı olaraq yaşıldan bənövşəyiyə qədər rəngini dəyişən unikal mirvari piqmentli xüsusi yarımat “Madreperla” rənginə boyanıb. Avtomobilin salonunda “Perla” rəngli İsveçrə istehsalı “Le Mans” dərisindən istifadə olunub. İnteryerin bəzi elementləri isə ilk dəfə “Grigio Corvara” çalarına boyanıb.

Bundan əlavə, avtomobil üçün xüsusi hazırlanmış təkər diskləri, əyləc supportları və optik ağ fonda yerləşdirilən Ferrari loqosu diqqət çəkir.

Hərracdan əldə olunan vəsait təhsil layihələri ilə məşğul olan The Ferrari Foundation xeyriyyə fonduna köçürüləcək.

Alıcı avtomobili 2027-ci ilin birinci rübündə təhvil alacaq.

Tarix
2026.08.16 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla