Yuxarı

FİA prezidenti Bakıdan danışdı: Çox sevirik...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİA prezidenti Bakıdan danışdı: Çox sevirik...

Formula-1 üzrə Azərbaycan Qran-prisi tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd Ben Sulayem açıqlama verib.

O, Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb:

"Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən, möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır".

FİA rəhbərinin sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil:

"İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznes, turizm, rəqabət və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm".

FİA prezidenti Azərbaycanın "Formula 1" ilə əməkdaşlığının gələcəyinə də toxunaraq ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib:

"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var".

Xatırladaq ki, ötən gün "Mersedes" pilotu Corc Rassell Azərbaycan Qran-prisinin qalibi olub.

Tarix
2026.09.27 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla