Yuxarı

Ən bahalı Ayfonda gözlənilməz qüsur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən bahalı Ayfonda gözlənilməz qüsur

Yeni Ayfon 18 Pro Max bu seriya üçün rekord çəkiyə çatıb və bu amil Əpl flaqman smartfonu üçün gözlənilməz bir çatışmazlıq ola bilər.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Ayfon 18 Pro Max 249 qram çəkisi ilə "Əpl"in əsas məhsul xəttindəki ən ağır smartfondur. Müqayisə üçün demək olar ki, eyni dizayna malik olan ötən ilki Ayfon 17 Pro Maxın çəkisi 16 qram daha azdır.

Müəlliflərin fikrincə, bu əlavə çəki cihazın istifadə rahatlığına nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər.

Telefonu bir əllə tutmaq daha çətindir və uzunmüddətli istifadə zamanı yaranan əlavə gərginlik narahatlığa və bilək ağrısına səbəb ola bilər.

Ayfon 16 Pro Maxın çəkisi 227 qram,

Ayfon 15 Pro Maxınkı 221 qram,

Ayfon 14 Pro Maxınkı isə 240 qramdır.

Bu kontekstdə, "Əpl"ın flaqmanı həmçinin oxşar ölçülü böyük ekranlara və möhkəm korpuslara malik bəzi rəqiblərindən daha ağır görünür. Ekspertlər Ayfon 16 Pro Maxın çəkisinin artmasını ilk növbədə yeni soyutma sistemi və daha yüksək tutumlu batareya ilə əlaqələndirirlər.

Bu komponentlər cihazın daxili konstruksiyasında dəyişikliklər etməyə imkan versə də, eyni zamanda onun çəkisini artırıb. Ehtimal edilir ki, bu çəki yeni flaqmanın ən diqqətçəkən xüsusiyyətlərindən birinə çevrilə bilər.

Tarix
2026.09.28 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla